Tenqri
Ana Səhifə
Dünya

WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir - Van Sinpin

Azərbaycan çox böyük torpaq sahəsinə və ya əhaliyə malik deyil və dünya kontekstində nisbətən kiçik və ya orta ölçülüdür. Belə ölkənin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini

0 baxışpublika.az
WUF13-ə ev sahibliyi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir - Van Sinpin
Paylaş:

Azərbaycan çox böyük torpaq sahəsinə və ya əhaliyə malik deyil və dünya kontekstində nisbətən kiçik və ya orta ölçülüdür. Belə ölkənin BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq öhdəliyini və məsuliyyətini nümayiş etdirir. Bu da çox təqdirəlayiq haldır Publika.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı dünyada arxitektura və şəhərsalma ixtisasının tədrisi üzrə öncül yerlərdə olan Çinin Cənub-Şərq Universitetinin arxitektura və şəhərsalma fakültəsinin professoru, Çin Şəhərsalma Cəmiyyətinin sənaye parklarının planlanması qərargahının rəhbəri Van Sinpin bildirib BMT-nin Ümumdünya Şəhərsalma Forumunun şəhərlərin və digər yaşayış məskənlərinin inkişafına həsr olunmuş ən yüksəksəviyyəli beynəlxalq platforma olduğunu vurğulayan çinli ekspert deyib ki, Azərbaycanın bu vacib konfransı məsuliyyət və öhdəlik hissi ilə qəbul etməsi yüksək qiymətləndirilir “Bu konfransın mövzuları Azərbaycanın həll etməli olduğu urbanizasiya və şəhərsalma məsələləri, eləcə də Azərbaycanın dünyaya nümayiş etdirmək istədiyi nailiyyətlərlə yüksək səviyyədə uyğunlaşır. Buna görə də, inanıram ki, bu konfrans təkcə qlobal əhəmiyyətə malik deyil, həm də Azərbaycanın inkişafında mühüm rol oynayır”, - deyən professor Van Sinpin əlavə edib ki, WUF13 tarixi, mədəni irsin qorunması, inkişaf etməkdə olan texnologiyaların tətbiqi daxil olmaqla şəhərsalma və insan məskunlaşmasının inkişafı sahəsində Azərbaycanın uğurlu təcrübələrini effektiv şəkildə nümayiş etdirə bilər: “Digər tərəfdən, bu forum Azərbaycanın Çin də daxil olmaqla, dünya ölkələri ilə şəhərsalma və məskunlaşma sahəsində əməkdaşlığının təşviqinə kömək edə, bəşəriyyət üçün daha yaxşı gələcəyə töhfə verə bilər” Çinin hökumət nümayəndə heyətinin, habelə akademik və biznes icmalarının bu konfransda iştirak edəcəyini diqqətə çatdıran alim Çin və Azərbaycan arasında şəhərsalma sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün bu forumun mühüm rol oynayacağına inandığını deyib “Bu tədbir vasitəsilə yaxşı beynəlxalq əməkdaşlıq nəticələrinə nail olunmasını və Çin-Azərbaycan əməkdaşlığının daha da gücləndirilməsini səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, azərbaycanlı həmkarlarım bu konfrans vasitəsilə Çinlə daha sıx əlaqələr qura, gələcəkdə tez-tez mübadilələr apara, bir-birinin güclü tərəflərindən öyrənə və ikitərəfli inkişafı birgə təşviq edə bilərlər”, - deyə professor Van Sinpin bildirib İsrail Livanı bombaladı - 18 ölü, 124 yaralı FHN-in Gəncə Regional Mərkəzi tərəfindən mülki müdafiə tədbirləri təşkil edildi “Borcla yaşamaq” dövrü bitir: Vətəndaşlar indi bu bank kartına üstünlük verirlər WUF13-də iştirak üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib FHN rəsmisi: WUF13 ilə bağlı FHN üzərinə düşən vəzifələri icra edir Dörd ayda 52 min nəfər işlə təmin olunub Azərbaycan 12 xalı bu ölkəyə verdi Leyla Quliyevanın 16 yaşlı qızı - FOTO Ronaldonun komandası Çempionlar Liqasını qazana bilmədi Günün ULDUZ FALI - Bu, vütün buzları əridə bilər Nazilə gəlini haqqında görün nələr deyib “Avroviziya-2026”nın finalı başladı - CANLI Məşhur aktyorun sevgilisi çimərlik geyimində pozalar verdi - FOTO "Avroviziya-2026" - Finalda 25 ölkə mübarizə aparacaq

Kaynak: publika.az

Diğer Haberler