Tenqri
Ana Səhifə
Siyasət

WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir - BMT-Habitat rəsmisi (Exclusive)

BAKI, Azərbaycan, 17 may. Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir, ​İdarəetmə orqanlarının katibi və BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Protokol bölməsinin rəhbəri Ulf Byornholm Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası

0 baxıştrend.az
WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir - BMT-Habitat rəsmisi (Exclusive)
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası Azərbaycanın beynəlxalq nüfuzunu nümayiş etdirir, ​İdarəetmə orqanlarının katibi və BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Protokol bölməsinin rəhbəri Ulf Byornholm Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası çərçivəsində Trend-ə bildirib ki O, Azərbaycanın forumun təşkilində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib Onun sözlərinə görə, tədbirin təşkili çox təsir edicidir ​"Forum fantastik təşkil olunub. Yaradılmış infrastruktur, texniki hazırlıq, ümumilikdə təşkilatçılıq çox peşəkar səviyyədədir. Tədbir həm texniki, həm də mədəni baxımdan böyük təəssürat yaradır. Mən Azərbaycan haqqında çox şey öyrənmişəm və indiyə qədər gördüklərimə əsasən deyə bilərəm ki, bu, gözəl hadisədir", - o qeyd edib Byornholm bildirib ki, forum ilk növbədə danışıqlardan daha çox əməkdaşlıq, təcrübə və bilik mübadiləsi üçün mühüm platformadır ​"Burada əsas məqsəd müxtəlif ölkələrin öz təcrübələrini bölüşməsi, bir-birindən öyrənməsi və əldə edilən nəticələri paylaşmasıdır. Bu gün dünyada bir-birindən öyrənməyə böyük ehtiyac var", - BMT-Habitat rəsmisi vurğulayıb O əlavə edib ki, dünyanın müxtəlif ölkələrindən minlərlə iştirakçı, o cümlədən nazirlər, dövlət başçıları, merlər, parlament üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri WUF13-də iştirak edəcəklər ​"40 000-dən çox qeydiyyat var. Minlərlə insan forum çərçivəsində bir araya gələcək, fikir mübadiləsi aparacaq və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. İnanıram ki, tədbir çox uğurlu nəticələrlə yadda qalacaq", - Byornholm əlavə edib

Kaynak: trend.az

Diğer Haberler