Tenqri
Ana Səhifə
Siyasət

WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgisinin rəsmi açılış mərasimi baş tutub "Report" xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramı

0 baxışreport.az
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
Paylaş:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində "Urban Expo" sərgisinin rəsmi açılış mərasimi baş tutub "Report" xəbər verir ki, tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax iştirak ediblər Onlar qırmızı lenti kəsərək sərginin rəsmi açılışını elan ediblər Qeyd edək ki, ümumi sərgi sahəsi 35 min kvadratmetrdir, bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Tərəfdaş kateqoriyalarına görə 15-i akademiya və tədqiqat qurumlarıdır, ən böyük qrup 136 təşkilatdan ibarət vətəndaş cəmiyyəti nümayəndələridir, 44 özəl sektor nümayəndəsi, o cümlədən 14 startap iştirak edir, 41 milli hökumət pavilyonu, 10 dövlət sektoru şirkəti və 6 yerli və regional hökumət nümayəndəsi mövcuddur Burada milli hökumətlər, şəhər administrasiyaları, beynəlxalq təşkilatlar, akademik dairələr, innovatorlar və özəl sektor liderləri praktik həlləri və tərəfdaşlıqları nümayiş etdirirlər Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler