Rəfiyev: WUF13 əlamətdar hadisədir, xüsusən də Bakıda keçirilən COP29-dan sonra
Bu gün Bakıda BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası işə başlayıb. Bu, xüsusilə Bakıda keçirilən COP29-dan sonra çox tarixi və əlamətdar hadisədir. Azərbaycanın bu iki mühüm hadisə - iqlim dəyişikliyi və urbanizm arasında körpünün qurulmasına verdiyi töhfə yüksək qiymətləndirilir

Bu gün Bakıda BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası işə başlayıb. Bu, xüsusilə Bakıda keçirilən COP29-dan sonra çox tarixi və əlamətdar hadisədir. Azərbaycanın bu iki mühüm hadisə - iqlim dəyişikliyi və urbanizm arasında körpünün qurulmasına verdiyi töhfə yüksək qiymətləndirilir WUF13-ə maraq və iştirak səviyyəsi kifayət qədər yüksəkdir. Bu tədbirdə ilk dəfədir ki, bu qədər geniş və müxtəlif seqmenti təmsil edən bu qədər sayda iştirakçı müşahidə olunur Bunu AZƏRTAC -a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqlarçısı Yalçın Rəfiyev deyib Nazir müavini qeyd edib ki, tədbirdə əsas gözləntilərdən biri şəhərsalmada müasir tendensiyalar və yanaşmalar sahəsində dövlətlər arasında təcrübə mübadiləsinin aparılmasıdır "Azərbaycan üçün xüsusilə mühüm istiqamətlərdən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən köçürmə və şəhərsalma üzrə beynəlxalq ictimaiyyətlə təcrübə mübadiləsidir. Burada iqlimə davamlı, dayanıqlı infrastrukturun yaradılması və "ağıllı şəhər" yanaşmalarının tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu tədbir Azərbaycanın davamlı şəhərsalma sahəsində nailiyyətlərini beynəlxalq platformada təqdim etmək üçün mühüm imkan yaradır"


