Tenqri
Ana Səhifə
Dünya

WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinə marağı artırır - Qana rəsmisi

BAKI, Azərbaycan, 16 may. Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası iştirakçılar üçün yeni əməkdaşlıq və biznes imkanları yaradır və Azərbaycanın şəhərsalma təcrübəsinə marağı artırır, Qananın İş və Mənzil Təsərrüfatı Nazirliyinin Mənzil Təsərrüfatı Departamentinin direktoru vəzifəsini icra

0 baxıştrend.az
WUF13 Azərbaycanın şəhərsalma təcrübəsinə marağı artırır - Qana rəsmisi
Paylaş:

BAKI, Azərbaycan, 16 may. Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası iştirakçılar üçün yeni əməkdaşlıq və biznes imkanları yaradır və Azərbaycanın şəhərsalma təcrübəsinə marağı artırır, Qananın İş və Mənzil Təsərrüfatı Nazirliyinin Mənzil Təsərrüfatı Departamentinin direktoru vəzifəsini icra edən memar Kris Pobi Abbey Trend-ə bildirib ki Onun sözlərinə görə, belə beynəlxalq platformalar iştirakçılara yeni əlaqələr qurmaq, qabaqcıl təcrübələri öyrənmək və müxtəlif ölkələrdə şəhərsalma ilə bağlı yanaşmaları müqayisə etmək imkanı verir “Belə forumlar şəbəkə qurmaq, biznes imkanlarını araşdırmaq, qabaqcıl təcrübələri öyrənmək və onların ölkələrimizdə tətbiqi baxımından bizim üçün böyük əhəmiyyət kəsb edir”, - deyə o bildirib Abbey qeyd edib ki, forum çərçivəsində əldə olunan təcrübə gələcəkdə Qanada mənzil və şəhərsalma siyasətinin inkişafına da töhfə verə bilər O, Bakı haqqında ilk təəssüratlarını da bölüşüb. Qonaq şəhərin gözəlliyindən razı qaldıqlarını bildirib "Bu gün biz Bakıya gəldik və şəhər bizdə çox xoş təəssürat yaratdı. Bakını çox bəyəndik. Düşünürəm ki, burada belə mühüm tədbirin keçirilməsi təsadüfi deyil", - o vurğulayıb Abbey əlavə edib ki, onlar ən qısa zamanda Bakının müxtəlif yerlərini gəzmək və Azərbaycanın təcrübəsi ilə tanış olmaq istəyirlər Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler