WSJ: İsrail İrana qarşı hərbi əməliyyatdan əvvəl İraqda gizli baza yaradıb
İranla hərbi münaqişə başlamazdan əvvəl İsrail İraqda gizli hərbi baza yerləşdirib Bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb Onların sözlərinə görə, obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistika mərkəzi rolunu oynayıb və döyüş əməliyyatları zamanı İsrail təyyar

İranla hərbi münaqişə başlamazdan əvvəl İsrail İraqda gizli hərbi baza yerləşdirib Bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb Onların sözlərinə görə, obyekt İsrail Hərbi Hava Qüvvələri üçün logistika mərkəzi rolunu oynayıb və döyüş əməliyyatları zamanı İsrail təyyarələrinin vurulacağı halda xüsusi təyinatlılar və axtarış-xilasetmə qrupları da orada yerləşdirilib. Nəşr qeyd edir ki, Amerikanın F-15 qırıcısı İran səmasında qəzaya uğrayanda İsrail Vaşinqtona yardım təklif edib. WSJ mənbəsi qeyd edib ki, ABŞ hərbçiləri hər iki pilotu təkbaşına təxliyə edib, lakin İsrail xilasetmə əməliyyatının təhlükəsizliyini təmin etmək üçün həmin vaxt hava zərbələri endirib Nəşr yazır ki, martın əvvəlində İsrail bazası demək olar ki, aşkar edilib. Yerli sakin hərbi fəallığın qeyri-adi səviyyəsini görüb, bundan sonra İraq hərbçiləri araşdırma aparıb, lakin hücuma məruz qalıblar. Daha sonra İraq hakimiyyəti ərazini yoxlamaq üçün əlavə qüvvələr göndərib və orada hərbi kontingentin mümkün olması əlamətləri aşkar edilib Qəzet qeyd edir ki, ABŞ hərbi əməliyyatlardan əvvəl də müvəqqəti obyektlər yaradır. WSJ xəbər verir ki, oxşar məntəqə aprelin əvvəlində amerikalı pilotların təxliyəsi zamanı İranda yerləşdirilib. Xilasetmə missiyasının sonunda ABŞ bazanı tərk edə bilməyən təyyarə və helikopterləri partladıb


