WP: ABŞ Konqresində İsrailin nüvə statusu ilə bağlı mübahisələr güclənir
ABŞ Konqresinin Nümayəndələr Palatasında bir qrup demokrat prezident Donald Trampın administrasiyasından İsrailin nüvə arsenalına malik olduğunu etiraf etməyi tələb edib Bu barədə Washington Post məlumat yayıb Nəşrin məlumatına görə, 30 qanunverici dövlət katibi Marko Rubioya məktub göndərərək on

ABŞ Konqresinin Nümayəndələr Palatasında bir qrup demokrat prezident Donald Trampın administrasiyasından İsrailin nüvə arsenalına malik olduğunu etiraf etməyi tələb edib Bu barədə Washington Post məlumat yayıb Nəşrin məlumatına görə, 30 qanunverici dövlət katibi Marko Rubioya məktub göndərərək onu İsrailin təxminən 90 nüvə başlığına malik olduğu barədə məlumatı açıq şəkildə təsdiqləməyə çağırıb. Lakin Vaşinqton belə bir arsenalın mövcudluğunu rəsmən tanımır Bu təşəbbüsə konqresmen Xoakin Kastro rəhbərlik edib. Məktubda qeyd olunur ki, İranla vəziyyətin pisləşməsi və nüvə eskalasiyası riski fonunda susqunluq siyasətinə “artıq bəraət qazandırmaq olmaz” Qanunvericilər həmçinin İsrailin iddia edilən nüvə proqramı haqqında məlumatların, o cümlədən zənginləşdirmə imkanları haqqında məlumatların açıqlanmasını, həmçinin Təl-Əvivin nüvə silahından istifadənin mümkün şərtləri barədə ABŞ-a məlumat verib-vermədiyini öyrənməyi tələb ediblər Materialda vurğulanır ki, 1969-cu ildən bəri Birləşmiş Ştatlar və İsrail açıqlanmayan “nüvə qeyri-müəyyənliyi” siyasətinə sadiqdirlər və bu siyasətdə İsrail nüvə silahının mövcudluğunu nə təsdiq, nə də inkar edir. Demokratlar deyirlər ki, bu təcrübə xüsusilə İrana qarşı sərt məhdudiyyətlər tələbləri fonunda Amerikanın nüvə silahının yayılmaması siyasətinə inamı sarsıdır


