Tenqri
Ana Səhifə
Dünya

Bakı-Tbilisi sərnişin qatarının - Hikmət Hacıyevin açılması istiqamətində işlər davam edir

BAKI, Azərbaycan, 19 may. Bakı-Tbilisi sərnişin qatarının açılışı istiqamətində işlər davam etdirilir. Trend -in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 tədbiri çərçivəsində j

0 baxıştrend.az
Bakı-Tbilisi sərnişin qatarının - Hikmət Hacıyevin açılması istiqamətində işlər davam edir
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Bakı-Tbilisi sərnişin qatarının açılışı istiqamətində işlər davam etdirilir. Trend -in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev WUF13 tədbiri çərçivəsində jurnalistlərə deyib Onun sözlərinə görə, Gürcüstanla Azərbaycan arasında Bakı-Tbilisi sərnişin qatarının açılması məsələsi müzakirə olunub. Hər iki dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq, müvafiq dövlət qurumları bu istiqamətdə işlər aparır Hacıyev qeyd edib ki, bu gün hər iki ölkənin hökumətləri Bakı-Tbilisi sərnişin qatarının açılışını ictimaiyyətə elan edən birgə kommünike qəbul ediblər "Bu istiqamətdə işlər davam etdirilir. Hazırda ilkin mərhələdə məsələlər müzakirə olunur", - o əlavə edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler