Tenqri
Ana Səhifə
Dünya

Qadınlar İqlim Ədaləti prezidenti WUF13-də effektiv şəhərsalma yanaşmalarının qlobal mübadiləsinə çağırır

BAKI, Azərbaycan, 17 may. Bizim "gecəqondular" adlandırdığımız qeyri-rəsmi yaşayış məntəqələrində ciddi təhlükəsizlik problemləri yaranır, GenderCC - Qadınlar İqlim Ədaləti Beynəlxalq Təşkilatının prezidenti Ramatsobane Dorah Marema WUF13 tədbirinin kənarında Trend -a bildirib Onun sözlərinə görə

0 baxıştrend.az
Qadınlar İqlim Ədaləti prezidenti WUF13-də effektiv şəhərsalma yanaşmalarının qlobal mübadiləsinə çağırır
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Bizim "gecəqondular" adlandırdığımız qeyri-rəsmi yaşayış məntəqələrində ciddi təhlükəsizlik problemləri yaranır, GenderCC - Qadınlar İqlim Ədaləti Beynəlxalq Təşkilatının prezidenti Ramatsobane Dorah Marema WUF13 tədbirinin kənarında Trend -a bildirib Onun sözlərinə görə, belə yaşayış məntəqələrinə giriş də məhduddur "Yollar, infrastruktur yoxdur və əraziyə giriş çətindir. Küçələrin işıqlandırılması və kanalizasiya ilə bağlı problemlər də var. Qadınlar ümumi sanitar qovşaqlardan istifadə etmək üçün gecələr evlərini tərk etməli olurlar ki, bu da onların hücuma məruz qala biləcəyi təhlükəli vəziyyət yaradır", - Marema deyib "Hazırda dünyada sürətli urbanizasiya prosesi gedir. İnsanlar şəhər mərkəzlərinə köçür və bu, şəhərlərdə yeni problemlər yaradır. Bir çox insanların hələ də rəsmi mənzillərə çıxışı yoxdur və nəticədə onlar su-bataqlıq, çay sahilləri və oxşar yerlər kimi həssas ərazilərdə məskunlaşıblar. Bütün bu problemlərin həlli üçün təcrübə və səmərəli yanaşmalar mübadiləsi aparılmalıdır", - o, yekunlaşdırıb

Kaynak: trend.az

Diğer Haberler