Azərbaycanda neftin qiymətinin həftəlik icmalı
BAKI, Azərbaycan, 13 iyun. Ötən həftə Azeri Light CIF, Azeri Light FOB Ceyhan, Dated Brent və Urals markalı xam neftin orta qiymətləri ucuzlaşıb Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "AzeriLight CIF" markalı xam neftin bir barelinin qiyməti ötən həftə ilə müqayisədə 6,37 dollar

BAKI, Azərbaycan, 13 iyun. Ötən həftə Azeri Light CIF, Azeri Light FOB Ceyhan, Dated Brent və Urals markalı xam neftin orta qiymətləri ucuzlaşıb Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "AzeriLight CIF" markalı xam neftin bir barelinin qiyməti ötən həftə ilə müqayisədə 6,37 dollar və ya 6,2% azalaraq 95,81 dollar təşkil edib. Məlumata görə, həftə ərzində bu növ xam neftin maksimal qiyməti 1 barel üçün 100,09 dollar, minimum isə 90,50 dollar təşkil edib Türkiyənin Ceyhan limanında "AzeriLight" markalı neftin orta qiyməti 93,49 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 6,33 dollar və ya 6,3% azdır. Həftə ərzində maksimum qiymət 97,67 dollar/barel, minimum isə 88,23 dollar/barel təşkil edib “Urals” markalı neftin bir barrelinin qiyməti isə əvvəlki həftə ilə müqayisədə 6,52 dollar və ya 8,7% azalaraq 68,40 dollar təşkil edib. Həftə ərzində maksimal qiymət 72,81 dollar, minimum isə 63,02 dollar təşkil edib Dated Brent markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,02 dollar və ya 5,1% azalaraq 94,11 dollar təşkil edib. Həftə ərzində maksimal qiymət 98,66 dollar/barel, minimum isə 88,23 dollar/barel təşkil edib Azeri Light FOB Ceyhan


