Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanın maliyyə sektorunun həftəlik icmalı

BAKI, Azərbaycan, 26 aprel. Ötən həftə Azərbaycanda bir sıra əsas göstəricilər açıqlanıb, maliyyə-iqtisadi sahədə qərarlar qəbul edilib. Dövlət büdcəsinin icrası, strateji valyuta ehtiyatlarının səviyyəsi, maliyyə sektorunun tənzimlənməsində dəyişikliklər, beynəlxalq əməkdaşlıq istiqamətində atılan

0 baxıştrend.az
Azərbaycanın maliyyə sektorunun həftəlik icmalı
Paylaş:

BAKI, Azərbaycan, 26 aprel. Ötən həftə Azərbaycanda bir sıra əsas göstəricilər açıqlanıb, maliyyə-iqtisadi sahədə qərarlar qəbul edilib. Dövlət büdcəsinin icrası, strateji valyuta ehtiyatlarının səviyyəsi, maliyyə sektorunun tənzimlənməsində dəyişikliklər, beynəlxalq əməkdaşlıq istiqamətində atılan addımlar ölkədə makroiqtisadi sabitliyin davamlı olduğunu nümayiş etdirir Dövlət büdcəsi və fiskal göstəricilər 2026-cı ilin birinci rübündə dövlət büdcəsinin gəlirləri təqribən 9,6 milyard manat (5,64 milyard dollar), xərcləri isə 7,8 milyard manat (4,58 dollar) təşkil edib. Bu, 1,7 milyard manat (1 milyard dollar) profisitlə nəticələnib Gəlirlərin böyük hissəsini vergi daxilolmaları (49%) və Dövlət Neft Fondundan transfertlər (33,4%) təşkil edir. İqtisadiyyatın şaxələndirilməsi baxımından müsbət tendensiya qeyri-neft-qaz sektorunun xüsusi çəkisinin 57,7%-ə çatmasıdır. Xərclərin 73,7 faizi cari ehtiyaclara yönəldilib, sosialyönümlü xərclər isə ümumi xərclərin 54,1 faizini təşkil edib Dövlət Borcu və Ehtiyatlar 2026-cı il aprelin 1-nə xarici dövlət borcu 4,7 milyard dollar (ÜDM-in 6,1 faizi), daxili borc isə 16,5 milyard manat (9,7 milyard dollar) (ÜDM-in 12,6 faizi) təşkil edib. Bu rəqəmlər beynəlxalq meyarlara görə aşağı risk aralığında qalır Ölkənin strateji valyuta ehtiyatları 85,2 milyard dollara çatıb. Bu məbləğin 73,5 milyard dolları Dövlət Neft Fondunda, 11,6 milyard dolları isə Mərkəzi Bankın payına düşür Dövlət Neft Fondunun fəaliyyəti Bu ilin birinci rübündə Dövlət Neft Fondunun aktivləri 73,5 milyard dollar təşkil edib. Birinci rübdə fondun gəlirləri 3,18 milyard manat (1,8 milyard dollar), xərcləri isə 3,22 milyard manat (1,9 milyard dollar) təşkil edib. Bazar dəyişiklikləri ilə əlaqədar investisiya portfelində bir qədər azalma olsa da, cəmi aktivlər yüksək səviyyədə qalır Maliyyə Sektorunda Tənzimləmə və Qərarlar Mərkəzi Bank maliyyə sektoruna nəzarəti gücləndirmək üçün bir sıra qərarlar qəbul edib. Nəticədə, kapital tələblərinə cavab vermədiyi üçün BOKT-nin “Optimal Maliyyələşdirmə” lisenziyası ləğv edilib; investisiya şirkətləri üçün yeni kapital və likvidlik tələbləri tətbiq edildi; avtomobillərin icbari sığortasında “bonus-malus” sistemi ləğv edilərək sığorta tarixçəsinə əsaslanan yeni mexanizm tətbiq edilib, “Atasığorta” ASC-nin könüllü müraciəti əsasında lisenziyası dayandırılıb Beynəlxalq Əməkdaşlıq və Layihələr Azərbaycan beynəlxalq maliyyə institutları ilə əməkdaşlığı genişləndirir. Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) ilə ABŞ-da keçirilən görüşlərdə makroiqtisadi məsələlər müzakirə edilib Eyni zamanda, İslam İnkişaf Bankı Qrupunun iyun ayında Bakıda keçiriləcək illik toplantılarına hazırlıq gedir İnfrastruktur sektorunda Biləcəri-Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üzrə iri layihə üçün beynəlxalq tender elan edilib. Bildirilib ki, bu layihə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına töhfə verəcək Bütövlükdə, ötən həftənin maliyyə mənzərəsi göstərir ki, Azərbaycanın makroiqtisadi sabitliyi qorunur, maliyyə sisteminin dayanıqlığı güclənir. İqtisadi təhlükəsizliyi təmin edən əsas amillər büdcə profisiti, yüksək valyuta ehtiyatları və borc səviyyəsinin aşağı olmasıdır

Kaynak: trend.az

Diğer Haberler