Biz Zəngilanı Azərbaycanın və bütün regionun nəqliyyat qovşağına çevirəcəyik - Prezident İlham Əliyev
BAKI, Azərbaycan, 10 may. Zəngilan mühüm nəqliyyat dəhlizi boyunca yerləşir. Biz Zəngilanı təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat qovşağına çevirəcəyik, bunu Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşündə deyib "Dəmir yolu tikilir. Yaxın gələcəkdə - ola bilsin, il yarım

BAKI, Azərbaycan, 10 may. Zəngilan mühüm nəqliyyat dəhlizi boyunca yerləşir. Biz Zəngilanı təkcə Azərbaycanın deyil, bütün regionun nəqliyyat qovşağına çevirəcəyik, bunu Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşündə deyib "Dəmir yolu tikilir. Yaxın gələcəkdə - ola bilsin, il yarımdan sonra - bu gün Ağdama gedənlər kimi, Bakıdan da Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq. Gələn il onlar Xankəndinə qatarla çata biləcəklər. Bu dəmir yolu daha da davam edəcək, Zəngəzur dəhlizi ilə Naxçıvana birləşdiriləcək", - deyə dövlət başçısı vurğulayıb


