Tenqri
Ana Səhifə
Dünya

Roskosmos zavodunda partlayış: ölənlər var

Sankt-Peterburqda Finlyandski stansiyasının yaxınlığındakı sənaye zonasında yanğınla müşayiət olunan partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının Mineralnaya küçəsi, 32 ünvanında baş verdiyinə aydınlıq gətirib. Açıq məlumatlara görə, bu ünvanda “Roskosmos”a məxsus “Arsenal” zavodu

0 baxışhaqqin.az
Roskosmos zavodunda partlayış: ölənlər var
Paylaş:

Sankt-Peterburqda Finlyandski stansiyasının yaxınlığındakı sənaye zonasında yanğınla müşayiət olunan partlayış baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının Mineralnaya küçəsi, 32 ünvanında baş verdiyinə aydınlıq gətirib. Açıq məlumatlara görə, bu ünvanda “Roskosmos”a məxsus “Arsenal” zavodunun istehsalat binası yerləşir Hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir. İkisi yanmış otağın içərisində, ikisi isə dağıntılar altında qalıb. Həmçinin, iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Fövqəladə Hallar Nazirliyi iki nəfərin öldüyü barədə məlumat verib Bundan əvvəl kimyəvi reagentlərin saxlandığı anqarın yanıb olduğu bildirilirdi. 400 m² ərazini əhatə edən yanğını xüsusi qatar vasitəsilə söndürmək 9 saat çəkib. Partlayış dalğası müəssisənin ərazisindən dəmiryol relslərini qoruyan kərpic hasarını uçurub. Sankt-Peterburqun müxtəlif ərazilərindən qalın qara tüstü sütunu görünürdü. Hadisə ilə əlaqədar stansiyada qatarların hərəkəti dayandırılıb Rusiya Federasiyasının İstintaq Komitəsi tikinti və ya digər işlər zamanı təhlükəsizlik qaydalarının pozulmasına görə cinayət işi açıb (Cinayət Məcəlləsinin 216-cı maddəsi, 7 ilə qədər həbs). Baş verənlərin əsas versiyası aseton buxarının alovlanmasıdır

Kaynak: haqqin.az

Diğer Haberler