Tenqri
Ana Səhifə
Dünya

Azov dənizində gəmiyə hücum nəticəsində yaralanan azərbaycanlıların sayı artıb

Azov dənizində Palau bayraqlı gəmiyə pilotsuz təyyarənin endirilməsi nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının sayı 4 nəfərə çatıb Day.Az APA-ya istinadən xəbər verir ki, daha bir zərərçəkən - gəminin qayıqçısı Rəşad Mədətxanov Yeysk Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə y

0 baxışday.az
Azov dənizində gəmiyə hücum nəticəsində yaralanan azərbaycanlıların sayı artıb
Paylaş:

Azov dənizində Palau bayraqlı gəmiyə pilotsuz təyyarənin endirilməsi nəticəsində xəsarət alan Azərbaycan vətəndaşlarının sayı 4 nəfərə çatıb Day.Az APA-ya istinadən xəbər verir ki, daha bir zərərçəkən - gəminin qayıqçısı Rəşad Mədətxanov Yeysk Mərkəzi Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib O, hazırda digər üç zərərçəkmiş - Samid İbadzadə, Emin Valehov və Namiq Cəfərli ilə eyni palatada müalicə alır Məlumata görə, yaralılar yenidən tibbi müayinədən keçirilib. Emin Valehovun sağ qulağında problem olduğu bildirilir. Namiqə Cəfərlinin hər iki qulağında eşitmə qüsuru var. Rəşad Mədətxanov kəllə-beyin travması alıb Hüquq-mühafizə orqanlarının əməkdaşları da zərərçəkmişlərlə görüşüb, onlardan ifadələr alıblar. Sorğu zamanı baş verənlərin bəzi təfərrüatları məlum olub Yaralının sözlərinə görə, gəminin baş mexaniki Qismət Əliyev pilotsuz təyyarənin zərbəsi nəticəsində ağır yanıq xəsarətləri alıb və ölüb Gəminin kapitanı Fuad Orucovun hücum zamanı ağır yaralandığı və ayağının sındığı da bildirilir. Mövcud məlumata görə, ona xilasedici jilet taxıldıqdan sonra suya buraxılıb. Zərərçəkənlərin ifadəsinə görə, hadisə nəticəsində Fuad Orucov da dünyasını dəyişib Azov dənizində azərbaycanlı dənizçilərin olduğu iki gəminin pilotsuz təyyarələrin hücumuna məruz qalması barədə daha əvvəl məlumat vermişdik Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler

Выросло число раненых азербайджанцев при атаке на судно в Азовском море | Tenqri