Tenqri
Ana Səhifə
Dünya

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş poçt markası buraxılıb - FOTO

İyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə AZCON Holdinqin tərkibinə daxil olan “Azərpoçt” MMC xüsusi poçt markası təqdim edib. Onun buraxılmasında əsas məqsəd ekoloji problemlərə diqqəti cəlb etmək, ekoloji məsuliyyəti artırmaq və təbiətə hörmət mədəniyyətini forma

0 baxışday.az
Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş poçt markası buraxılıb - FOTO
Paylaş:

İyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə AZCON Holdinqin tərkibinə daxil olan “Azərpoçt” MMC xüsusi poçt markası təqdim edib. Onun buraxılmasında əsas məqsəd ekoloji problemlərə diqqəti cəlb etmək, ekoloji məsuliyyəti artırmaq və təbiətə hörmət mədəniyyətini formalaşdırmaqdır Day.Az AZƏRTAC-a istinadən bildirir ki, brendin özəlliyi onun təkrar emal olunmuş kağızdan hazırlanmasıdır. Bu, Azərpoçtun ekoloji məsuliyyət məsələlərinə diqqətinin bariz təsdiqidir Xatırladaq ki, bundan əvvəl “Azərpoçt” MMC regionda ilk dəfə olaraq COP29 və WUF13-ə həsr olunmuş, təkrar emal olunmuş kağız üzərində çap olunmuş poçt markalarını buraxmışdır Bu il Azərbaycan qlobal tədbirə - Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir. Tədbir Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində keçirilir və iqlim dəyişikliyi, emissiyaların azaldılması və davamlı inkişafa diqqət yetirir “Azərpoçt” MMC-nin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər təşkilatın ekoloji dəyərlərə sadiqliyini əks etdirir və daha yaşıl gələcək qurmaq üçün birgə səylərin təşviqinə töhfə verir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler