Vyetnamın Baş prokuroru Azərbaycana səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Vyetnamın Baş prokuroru Nquyen Tiyenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Baş nazir Əli Əsədov tərəfindən qəbul olunub. Görüşdə Baş prokuror Kamran Əliyev də i

Vyetnamın Baş prokuroru Nquyen Tiyenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti Baş nazir Əli Əsədov tərəfindən qəbul olunub. Görüşdə Baş prokuror Kamran Əliyev də iştirak edib. Tərəflər hər iki ölkə arasında dostluq münasibətlərinin mövcud olduğunu bildirib, iqtisadiyyat, ticarət, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğu qeyd edilib Həmçinin, nümayəndə heyətini Milli Məclisinin sədri Sahibə Qafarova qəbul edib. Görüş zamanı qanunvericilik aktlarının qəbul edilməsi və təkmilləşdirilməsi sahələrində parlamentlə prokurorluq orqanları arasında əməkdaşlıq təcrübəsi də müzakirə edilib Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Azərbaycanın Konstitusiya Məhkəməsində olub. Sədr Fərhad Abdullayev qonaqlara məhkəmənin fəaliyyəti və Azərbaycan Konstitusiyasında insan hüquqlarının təminatları ilə bağlı məlumat verilib Keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətli olub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Dos. Doktor Ramin Sadıq: Ermənistanın gələcək illərdəki siyasətinin əsas oxu əsasən “praqmatik etatizm” olmalıdır - QHA - Krım Xəbər Agentliyi
Azərbaycan və Yaponiya iqtisadi sahədə əməkdaşlığı daha da gücləndirəcək - YENİLƏNİB
