Real Madrid klubunun yeni prezidenti üçün seçkilər vaxtından əvvəl keçiriləcək
İspaniyanın "Real" futbol klubunun prezidenti Florentino Peres tezliklə klub rəhbərinə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb Bu barədə o, mətbuat konfransında jurnalistlərə bildirib Real Madrid üçün yeni prezident seçkiləri əvvəlcə 2029-cu ildə keçirilməli idi "Bağışlayın, amma istef

İspaniyanın "Real" futbol klubunun prezidenti Florentino Peres tezliklə klub rəhbərinə növbədənkənar seçkilərin keçiriləcəyini açıqlayıb Bu barədə o, mətbuat konfransında jurnalistlərə bildirib Real Madrid üçün yeni prezident seçkiləri əvvəlcə 2029-cu ildə keçirilməli idi "Bağışlayın, amma istefa verməyə hazırlaşmıram. Mən yeni seçkilər təyin edirəm, çünki "Real Madrid" klub üzvlərinə məxsusdur və onlar qərar verməlidirlər. Qoy başqa insanlar da yarışsınlar və proqramlarını göstərsinlər. Məni tənqid edən hər kəs bu seçkidə namizəd ola bilər", - Perez deyib Peresin 79 yaşı var və 2009-cu ildən "Real Madrid"in prezidentidir, daha əvvəl 2000-2006-cı illərdə kluba rəhbərlik edib Peresin prezidentliyi dövründə "Real" 7 dəfə İspaniya çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb, 7 dəfə Çempionlar Liqasının qalibi olub. Komanda həmçinin yeddi dəfə İspaniya Superkubokunu qazanıb və beş dəfə Klublararası Dünya Kubokunu qazanıb Bu mövsüm "Real" vaxtından əvvəl İspaniya çempionatının qalibi olmaq şansını itirib və Çempionlar Liqasının 1/4 finalında yarışı tərk edib


