Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür Publika.az

Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür Publika.az xəbər verir ki, bu barədə Xarici işlər Nazirliyi məlumat yayıb Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər XİN-in məlumatda vurğuanıb ki, yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir Bildirilib ki, eyni zamanda, Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır "Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin Azərbaycana gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə nazirlik qeyd edib “4 nəfər həlak olub, 4 nəfər isə yaralanıb” - XİN məlumatı yenilədi Mürsəl Əliyevə yeni vəzifə verildi Azərbaycan öz ərazisindən İrana qarşı hər hansı təhdidə yol vermir - Deputat "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov Azərbaycan və İspaniya arasında ilk konsulluq məsləhətləşmələri keçirildi İlham Əliyev İsveç Kralını təbrik etdi “Həmin gün kasıbçılıqdan çıxdıq” Göygöldə torpaq uçqunu: Əsas yolda çətinliklər yarandı - Video Vurulan gəmilərdən xilas edilmiş azərbaycanlıların ölkəyə qayıdışı üçün tədbirlər görülür Türkiyədə əməliyyat keçirildi - 400-ə yaxın saxlanılan var Ulduz futbolçu prezidentin qızının təklifinə məhəl qoymadı - VİDEO Yayda Gədəbəyə dolu düşdü - VİDEO Ermənistanda seçkiqabağı rüşvət qalmaqalı - Onlarla saxlanılan var "Çox praqmatik, realist olmalıyıq!" - Elçin Əmirbəyov


