Vuçiç Azərbaycanla 5 qat daha çox şey istəyir
Bakı ilə Belqrad arasında iqtisadi əlaqələr daha da genişlənməlidir, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib "Ümid edirəm ki, biz Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni sahələr tapacağıq. Çünki iki ölkə ara

Bakı ilə Belqrad arasında iqtisadi əlaqələr daha da genişlənməlidir, Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycana səfəri çərçivəsində sahibkarlarla işgüzar görüşdə çıxışı zamanı deyib "Ümid edirəm ki, biz Serbiya ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni sahələr tapacağıq. Çünki iki ölkə arasında dostluq əlaqələri kimi iqtisadi əməkdaşlığımız da hüdudsuz olmalıdır. Hesab edirəm ki, ticarət dövriyyəmiz indiki səviyyədən beş dəfə yüksək olmalıdır və hesab edirəm ki, biz buna nail ola bilərik", - deyə prezident qeyd edib O bildirib ki, Serbiyada, xüsusən də ölkənin şərq hissəsində toxunulmamış təbiətə malik kurort və dağ kurortları var: “Serbiya tərəfi Azərbaycan investorlarını ölkəyə cəlb etməyə çalışır və bunu qarşılıqlı faydalı əməkdaşlıq kimi qiymətləndirir”


