Tenqri
Ana Səhifə
Dünya

"Vətəndaşlar bunu bilməlidirlər" - Mütəxəssis rəyi

“Etibarnamə alan şəxs avtomobili öz adına keçirə bilməz. Bu, qanunla müəyyən edilmiş qaydadır və vətəndaşlar bunu bilməlidirlər. Fikrimcə, burada əsas diqqət etibarnamə ilə bağlı qaydaların dəyişdirilməsindən daha çox, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar qeydiyyatı prosedurlarının sa

0 baxış525.az
"Vətəndaşlar bunu bilməlidirlər" - Mütəxəssis rəyi
Paylaş:

“Etibarnamə alan şəxs avtomobili öz adına keçirə bilməz. Bu, qanunla müəyyən edilmiş qaydadır və vətəndaşlar bunu bilməlidirlər. Fikrimcə, burada əsas diqqət etibarnamə ilə bağlı qaydaların dəyişdirilməsindən daha çox, nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və təkrar qeydiyyatı prosedurlarının sadələşdirilməsinə yönəldilməlidir. Bu baş verərsə, insanlar avtomobili etibarnamə ilə idarə etmək əvəzinə, onu birbaşa öz adlarına rəsmiləşdirməyə üstünlük verərlər” Bunu nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı 525.az-a söyləyib Ekspert qeyd edib ki, etibarnamə ilə avtomobil idarə etmək uzun illərdir müxtəlif risklər yaradır və çoxsaylı vətəndaşlar bu səbəbdən hüquqi problemlərlə üzləşiblər: “Bu barədə dəfələrlə danışılıb, ictimaiyyət məlumatlandırılıb. Buna baxmayaraq, bəzi şəxslər hələ də avtomobili öz adlarına keçirmək istəmirlər. Halbuki etibarnamə özü-özlüyündə riskli mexanizmdir”

Kaynak: 525.az

Diğer Haberler