Avropa liderləri və kralla görüşlər: Zelenski Londona gəldi
Ukrayna prezidenti Vladimir Zelenski Londona gəlib, burada Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşəcək "Bu gün Böyük Britaniyada. Keirlə ikitərəfli danışıqlarımız və E3 plus Ukrayna formatında görüş baş tutacaq: Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və B

Ukrayna prezidenti Vladimir Zelenski Londona gəlib, burada Böyük Britaniya, Fransa və Almaniya liderləri ilə görüşəcək "Bu gün Böyük Britaniyada. Keirlə ikitərəfli danışıqlarımız və E3 plus Ukrayna formatında görüş baş tutacaq: Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merz və Böyük Britaniyanın baş naziri Keir Starmer. Komandalar artıq bütün görüşləri hazırlamaq üçün çox çalışıblar. İndi hər şeyi müzakirə etmək və liderlər səviyyəsində əsas məqamları razılaşdırmaq vacibdir", - deyə o, teleqramda yazıb "Əsas odur ki, bizim müharibədə müdafiəmiz, hava hücumundan müdafiə sahəsində bütün Avropanın təhlükəsizliyi üçün daha çox əməkdaşlıq və diplomatik perspektivlərə ümumi baxışımızdır: Avropa danışıqlarda iştirak etməli və güclü olmalıdır. Həmçinin sabah Əlahəzrət Kral Çarlz III ilə görüş nəzərdə tutulub. Mən Böyük Britaniyaya və bizə real addımlarla kömək edən bütün tərəfdaşlarımıza təşəkkür edirəm


