Tenqri
Ana Səhifə
Dünya

Dünya Bankı İrandakı müharibəyə görə qlobal ÜDM üzrə proqnozunu pisləşdirib

Dünya Bankı (DB) 2026-cı il üçün qlobal iqtisadi perspektivlər haqqında hesabat dərc edib Dünya Bankı qlobal ÜDM artımı ilə bağlı baza proqnozunu 2,6%-dən 2,5%-ə endirib və bunun COVID-19 pandemiyasından sonra ən zəif artım tempi olacağını qeyd edib. Proqnoz korreksiyası İrandakı müharibənin dünya

0 baxışhaqqin.az
Dünya Bankı İrandakı müharibəyə görə qlobal ÜDM üzrə proqnozunu pisləşdirib
Paylaş:

Dünya Bankı (DB) 2026-cı il üçün qlobal iqtisadi perspektivlər haqqında hesabat dərc edib Dünya Bankı qlobal ÜDM artımı ilə bağlı baza proqnozunu 2,6%-dən 2,5%-ə endirib və bunun COVID-19 pandemiyasından sonra ən zəif artım tempi olacağını qeyd edib. Proqnoz korreksiyası İrandakı müharibənin dünya iqtisadiyyatına mənfi təsiri ilə bağlıdır. Daha pessimist ssenarilər də var: müharibə nəticəsində enerji təchizatında ciddi fasilələr davam edərsə, ÜDM artımı cəmi 1,3% ola bilər Dünya Bankının baza proqnozu həmçinin bu il Brent markalı neftin orta qiymətinin 2025-ci ildəkindən 36% yüksək - 96 dollar/barel olacağını nəzərdə tutur Bank 2026-cı ildə qlobal inflyasiyanın baza ssenarisi üzrə 4% olacağını proqnozlaşdırır. Pis ssenaridə Brent markalı neftin bir barreli 115 dollara başa gələcək və inflyasiya 4,4%-ə çatacaq DB analitikləri 2027-2028-ci illərdə ÜDM-in artım tempinin 2,8%-ə qədər bərpa olunacağını gözləyirlər, lakin bu, 2010-cu illərdəki orta səviyyədən aşağıdır. Bankın baş iqtisadçısı İndermit Gillin sözlərinə görə, bu, bir sıra amillərlə - əhali artımının yavaşlaması, həm özəl, həm də dövlət investisiyalarının azalması, müxtəlif ölkələrdə dövlət borcunun artması, ticarətin aşağı tempi ilə bağlıdır. “İndi dünya iqtisadiyyatı 2008-ci il və hətta 2018-ci illə müqayisədə daha az stabildir”

Kaynak: haqqin.az

Diğer Haberler