Filippində daha çox zəlzələ qurbanı olub
Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 37-yə çatıb. Daha 487 nəfər xəsarət alıb, 4 nəfər isə itkin düşüb. Xilasetmə əməliyyatları və dağıntıların miqyasının qiymətləndirilməsi davam edir. Bu barədə Bloomberg məlumat yayıb Mülki Müdafiə katibinin köməkçisi Bernardo Rafaelito A

Filippində baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 37-yə çatıb. Daha 487 nəfər xəsarət alıb, 4 nəfər isə itkin düşüb. Xilasetmə əməliyyatları və dağıntıların miqyasının qiymətləndirilməsi davam edir. Bu barədə Bloomberg məlumat yayıb Mülki Müdafiə katibinin köməkçisi Bernardo Rafaelito Alejandronun sözlərinə görə, axtarış-xilasetmə əməliyyatları hələ başa çatmadığından itkilərin sayı arta bilər "Axtarış-xilasetmə işlərimiz və dəyən zərərin operativ qiymətləndirilməsi davam edir. Bu rəqəmlər dəyişdirilə bilər. Çoxlu yaşayış və ticarət obyektləri dağıdılıb", - rəsmi qeyd edib İlkin məlumatlara görə, 2 minə yaxın evə ziyan dəyib, onlardan 400-dən çoxu tamamilə dağılıb. 117 dövlət qurumu və 20-yə yaxın körpü də zədələnib. İyunun 8-də səhər saatlarında Mindanao adasında 7,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, bu, Filippində 1976-cı ildən bəri baş verən ən güclü zəlzələdir


