Tenqri
Ana Səhifə
Dünya

Vüsal Xəlilov: Ani ödənişlərin payı bir ildə 2,4%-dən 54%-ə yüksəlib

Azərbaycanda Milli Ödənişlər Sistemində ani ödənişlərin payı son bir ildə 2,4%-dən 54%-ə çatıb "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib Onun sözlərinə görə

0 baxışapa.az
Vüsal Xəlilov: Ani ödənişlərin payı bir ildə 2,4%-dən 54%-ə yüksəlib
Paylaş:

Azərbaycanda Milli Ödənişlər Sistemində ani ödənişlərin payı son bir ildə 2,4%-dən 54%-ə çatıb "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən "X Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə çıxışı zamanı bildirib Onun sözlərinə görə, may ayının statistikası ani ödənişlərin artıq Milli Ödənişlər Sistemindəki bütün əməliyyatların 54%-ni təşkil etdiyini göstərir O qeyd edib ki, əldə olunan nəticə həm Mərkəzi Bankın siyasət və nəzarət tədbirlərinin, həm texnoloji inkişafın, həm də sektor iştirakçılarının birgə fəaliyyətinin məhsuludur: "Qısa müddət ərzində keyfiyyətli iş ortaya qoyulub və sistemin əhatə dairəsinin daha da genişlənəcəyini gözləyirik. Məqsədimiz bu göstəricinin daha da artmasıdır", - deyə o vurğulayıb

Kaynak: apa.az

Diğer Haberler