Tenqri
Ana Səhifə
Siyasət

Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub

Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, xalqımızın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtulması, ölkəmizin sabitlik və inkişaf yoluna çıxması ilə bağlıdır 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi, iqtisadi və sosial problemlərlə üzləş

0 baxışazertag.az
Vüqar Zeynalov: Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tərəqqi yoluna qədəm qoyub
Paylaş:

Milli Qurtuluş Günü dövlətçiliyimizin xilası, xalqımızın parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtulması, ölkəmizin sabitlik və inkişaf yoluna çıxması ilə bağlıdır 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi, iqtisadi və sosial problemlərlə üzləşmişdi. Hakimiyyət uğrunda mübarizə, qanunsuz silahlı birləşmələrin fəaliyyəti, iqtisadi tənəzzül dövlətçiliyimizin gələcəyini ciddi təhlükə altına qoymuşdu AZƏRTAC xəbər verir ki, bu sözləri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov “Qurtuluş məfkurəsi: Xilaskarlıq missiyasından Zəfər salnaməsinə” adlı tədbirdə çıxış edərək söyləyib O bildirib ki, məhz belə mürəkkəb və taleyüklü bir məqamda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Azərbaycan xalqı öz xilaskarına üz tutaraq ölkənin gələcəyini onun müdrik siyasi təcrübəsinə etibar etdi “Həmin il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin tarixində dönüş nöqtəsi oldu. Həmin gün xalqımızın yaddaşında Milli Qurtuluşun başlanğıcı kimi tarixə düşdü. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddət ərzində dərin böhrandan çıxaraq inkişaf və tərəqqi yoluna qədəm qoydu. Dövlətçiliyin əsasları möhkəmləndirildi, hüquqi və demokratik dövlət quruculuğu prosesi başlandı, ölkəmizin beynəlxalq mövqeləri əhəmiyyətli dərəcədə gücləndirildi”, - deyə V.Zeynalov əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler