Vüqar Mustafayev "SAHA 2026"da müdafiə sənayesi üzrə əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mayın 5-də İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib "Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, nazir Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed M

Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev mayın 5-də İstanbulda keçirilən V "SAHA 2026" Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisi çərçivəsində bir sıra görüşlər keçirib "Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, nazir Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Mohammed Matavalle, Gürcüstanın Müdafiə Nazirliyinin Müdafiə Qüvvələri komandanının müavini Zaza Çxaidze, İtaliya Müdafiə Nazirliyinin milli silahlanma direktoru Giacinto Ottaviani, Özbəkistan Müdafiə Sənayesi Agentliyinin birinci müavini Aziz İqamnazarov İşmuradoviç, Yaponiya Müdafiə Avadanlıqları Əməkdaşlıq idarəsinin müşaviri Hideki Fukava və ABŞ-nin "Jones Group" şirkətinin Avropa filialı üzrə əməliyyatlar direktoru Filip Stevart ilə görüşüb Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın vəziyyəti ətraflı təhlil olunub, istehsal imkanları, texnoloji potensial və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti xüsusi vurğulanıb. Bununla yanaşı, yeni tərəfdaşlıq istiqamətləri, o cümlədən müasir və innovativ texnologiyaların tətbiqi, elmi-tədqiqat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub Tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev İstanbulda keçirilən "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənaye Sərgisi çərçivəsində bir sıra rəsmi görüşlər keçirib "Report"un Türkiyəyə ezam olunan əməkdaşı xəbər verir ki, nazir müxtəlif ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşərək hərbi-texniki əməkdaşlıq, birgə istehsal layihələri və innovativ texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib Görüşlərdə müdafiə sənayesində yeni texnologiyaların tətbiqi, sənaye kooperasiyası və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olub Sərgi çərçivəsində baş tutan görüşlərin Azərbaycanla tərəfdaş ölkələr arasında müdafiə sənayesi sahəsində əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyi bildirilir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


