Tenqri
Ana Səhifə
Dünya

Vüqar Gülməmmədov: "Büdcədə dövlət proqramları və strateji sənədlərin nəticəliliyi geniş verilsin"

Hesablama Palatası büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərinin geniş öz əksini tapmasını məqsədəuyğun hesab edir "Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənk

0 baxışreport.az
Vüqar Gülməmmədov: "Büdcədə dövlət proqramları və strateji sənədlərin nəticəliliyi geniş verilsin"
Paylaş:

Hesablama Palatası büdcə zərfində dövlət proqramları və digər strateji sənədlərin nəticəliliyi, o cümlədən maliyyə və qeyri-maliyyə göstəricilərinin geniş öz əksini tapmasını məqsədəuyğun hesab edir "Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib Onun sözlərinə görə, hesabat ilində icra edilmiş dövlət büdcəsi xərclərinin 6,6%-i büdcədən ayırmalar və transfertlərlə bağlı olub. "Büdcədən transfertlər 2024-cü illə müqayisədə 8,9 % azdır. Bu vəsaitlərin aylar üzrə təhlili proqnoz və icra göstəriciləri arasında əhəmiyyətli fərqlərin olduğunu göstərir. Dövlət büdcəsindən transfertlərin əksinə olaraq, dövlət büdcəsinə transfertlər üzrə aylıq göstəricilərin proqnoz və icra göstəricilərində demək olar ki, kənarlaşma izlənməyib. 2018-ci ildən başlayaraq büdcədə neft sektorunun payında qismən azalma müşahidə edilmişdir. Ötən il bu rəqəm 48,1 %-ə düşüb. Daha bir göstərici odur ki, Dövlət Neft Fondundan transfertin qurumun gəlirlərinə nisbət göstəricisi 84,3 %-ə çatıb" V.Gülməmmədov əlavə edib ki, Ortamüddətli Xərclər Çərçivəsi islahatının tempini nəzərə alsaq dövlət proqramlılığı institutunun 2021-ci ildə yaradılmış yeni formatının daha aktiv şəkil aldığını qeyd etmək olar: "Nəticədə qeyd edilən tarixdən cari dövrə qədər (son 5 ildə) bu "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirmə" əsasında 15 dövlət proqramı həmçinin, 6 strategiya, 2 konsepsiya və 3 fəaliyyət planı, ümumilikdə 26 sənəd qəbul edilib 2025-ci ildə istər bu Qayda əsasında, istərsə də əvvəlki dövrlərdə qəbul edilmiş bir sıra dövlət proqramlarının icrası bitib. İcrası bitən (8) dövlət proqramı və digər (3) strateji sənədlərin heç də hamısı haqqında büdcə zərfində məlumatlara rast gəlinməyib. Digər tərəfdən, proqramlarla bağlı təqdim edilən informasiya yalnız bir il üzrə maliyyələşdirmənin (büdcədə göstərilən 6 mlrd. manatlıq proqramlılıq) izahını özündə əks etdirir. Apardığımız hesablamalar dövlət büdcəsində proqramlılara 6,1 milyard manatdan çox vəsait yönəldiyini deməyə imkan verir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler