Yarım əsrdə ilk dəfə: ABŞ-da hərbi qulluqçular üçün ölüm cəzasına hazırlıq
ABŞ prezidenti Donald Tramp belə bir əmr verərsə, ABŞ ordusu ölüm cəzasına məhkum edilmiş dörd məhbusu edam etməyə hazırdır, ABC daxili hərbi sənədlə tanış olduqdan sonra xəbər verir Bu, ABŞ-da yarım əsrdən artıq müddətdə ilk hərbi edam olacaq. Sənəddə göstərilir ki, fevral ayında qəbul edilmiş “Q

ABŞ prezidenti Donald Tramp belə bir əmr verərsə, ABŞ ordusu ölüm cəzasına məhkum edilmiş dörd məhbusu edam etməyə hazırdır, ABC daxili hərbi sənədlə tanış olduqdan sonra xəbər verir Bu, ABŞ-da yarım əsrdən artıq müddətdə ilk hərbi edam olacaq. Sənəddə göstərilir ki, fevral ayında qəbul edilmiş “Qətiyyətli Ədalət Əməliyyatı” adlı plan, ordu rəsmilərini Kanzasdakı intizam kazarmalarından məhbusları İndiana ştatındakı federal edam mərkəzinə köçürmək üçün Federal Həbsxanalar Bürosu ilə əlaqələndirməyə yönəldir. Telekanal yazır ki, məhz orada Ədliyyə Departamenti Trampın birinci dövründə bir sıra qeyri-hərbi edamlar həyata keçirib Ordu sözçüsü Cynthia Smith təlimi təsdiqləyib və qeyd edib ki, bu, Ağ Evin əmri olacağı təqdirdə planlaşdırmanın standart hissəsidir: "Bu əməliyyatla bağlı təlimlər son 20 ildə müntəzəm olaraq keçirilir". Smit əlavə edib ki, prezidentdən hələlik konkret sərəncam alınmayıb Birləşmiş Ştatlar 1961-ci ildən bəri heç bir hərbi qulluqçusunu edam etməyib. Daha sonra sıravi Con Bennet Avstriyada 11 yaşlı qızı zorlamaq və öldürməyə cəhd etməkdə təqsirli bilinərək edam edilib, ABC xəbər verir ABŞ-da federal cinayətlərə görə ölüm cəzasına moratorium 2003-cü ildən 2020-ci ilə qədər qüvvədə idi. 2021-ci ildə prezident kimi ilk müddətində Donald Tramp moratoriumu ləğv etdi. Daha sonra 13 nəfər edam edilib. Keçmiş prezident Co Baydenin administrasiyası moratoriyi geri qaytarıb. İkinci prezidentlik müddətinə girdikdən sonra Tramp ölüm hökmünün tətbiqini bərpa etdi
