Tenqri
Ana Səhifə
Dünya

1990-cı illərdən bəri ilk dəfə: İsrail və Livan arasında birbaşa danışıqlar

Dövlət katibi Marko Rubio ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında çərşənbə axşamı Vaşinqtonda başlaması planlaşdırılan danışıqlarda iştirak edəcək Axios bu barədə Dövlət Departamentinin nümayəndəsinə istinadən yazır Nəşrin yazdığına görə, Vaşinqton ümid edir ki, birbaşa dialoq Livanda İ

0 baxışhaqqin.az
1990-cı illərdən bəri ilk dəfə: İsrail və Livan arasında birbaşa danışıqlar
Paylaş:

Dövlət katibi Marko Rubio ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan arasında çərşənbə axşamı Vaşinqtonda başlaması planlaşdırılan danışıqlarda iştirak edəcək Axios bu barədə Dövlət Departamentinin nümayəndəsinə istinadən yazır Nəşrin yazdığına görə, Vaşinqton ümid edir ki, birbaşa dialoq Livanda İsrail və Hizbullah qruplaşması arasında döyüşlər fonunda gərginliyi azaltmağa kömək edəcək. Nəşr qeyd edir ki, tərəflər arasında belə birbaşa təmaslar 1990-cı illərdən bəri həyata keçirilməyib Axiosun sözlərinə görə, danışıqların gündəliyində üç əsas məsələ var: atəşkəs və hərbi əməliyyatların deeskalasiyası; Hizbullahın uzunmüddətli tərksilahı; İsrail və Livan arasında daha geniş sülh sazişinin perspektivləri Nəşrin məlumatına görə, görüşdə ABŞ-ın Livandakı səfiri Mişel İssa, Dövlət Departamentinin müşaviri Maykl Nidhem, İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter və Livanın ABŞ-dakı səfiri Nada Hamadeh Moawad iştirak etməlidir ABŞ Dövlət Departamenti qeyd edir ki, danışıqlar Hizbullahın hərəkətlərinin və bununla bağlı İsrail hərbi əməliyyatlarının eskalasiyasının birbaşa nəticəsidir. Dövlət Departamentinin rəsmisi deyib: “İsrail Livanla deyil, Hizbullahla müharibədədir, ona görə də iki qonşunun danışıqlar aparmaması üçün heç bir səbəb yoxdur” Hizbullah lideri Naim Qassem dünən deyib ki, o, İsraillə danışıqları rədd edir, çünki onun fikrincə, bu danışıqlar “faydasızdır” Axios ayrıca Donald Trampın roluna diqqət çəkir. Mənbələrə görə, İsrailin baş naziri Binyamin Netanyahunun birbaşa danışıqlara başlamağa razı olmasına səbəb ABŞ prezidentinin təzyiqi olub

Kaynak: haqqin.az

Diğer Haberler