Bakıda sərhədsiz imkanlar - görmə məhdudiyyəti olan uşaqlar üçün yeni üfüqlər - FOTO
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) təşkilatçılığı ilə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində Sərhədsiz imkanlar adlı inklüziv konsert keçirilib Day.Az bu barədə Trend Life-a istinadən xəbər verir “İşıqlı istedadlar” layihəsi çə

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin (AzGƏC) təşkilatçılığı ilə 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbində Sərhədsiz imkanlar adlı inklüziv konsert keçirilib Day.Az bu barədə Trend Life-a istinadən xəbər verir “İşıqlı istedadlar” layihəsi çərçivəsində keçirilən tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb Tədbirdə Milli Məclisin deputatı Aydın Mirzəzadə, AzGƏC-nin prezidenti Səmyar Abdullayev, internat məktəbin direktoru İradə Vəzirova, telejurnalist Lalə Qəzənfər və layihənin koordinatoru Elnar Musayev çıxış edərək inklüziv mühitin təşviqinə yönəlmiş layihənin həyata keçirilməsinin vacibliyini qeyd ediblər Natiqlərin sözlərinə görə, belə tədbirlər, görüşlər, sosial layihələr uşaqlara diqqət və qayğının bariz nümunəsidir. Onlar öz potensiallarının inkişafına, ictimai həyatda daha fəal iştirakına töhfə verirlər. Uşaqlar cəmiyyətin gələcəyidir və onların rifahının təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti olaraq qalır. Onların sosial müdafiəsinin gücləndirilməsi, təhsil imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsil və yaradıcılıq sahəsində imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu uşaqların hər biri özünəməxsus qabiliyyət və istedada malikdir və düzgün dəstək ilə böyük uğurlar qazana bilər Tədbir sənətçilərin dəstəyi ilə görmə məhdudiyyətli uşaqların iştirakı ilə bədii proqramla davam edib Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


