Müharibə müharibədir, lakin danışıqlar davam edir
ABŞ və İran arasında razılığın əldə olunması üçün danışıqlar davam edir. Bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb Onun sözlərinə görə, ABŞ-ın İrana zərbələr endirməsinə və İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməsinə baxmayaraq müzakirələr davam edir Qətər nümayəndə

ABŞ və İran arasında razılığın əldə olunması üçün danışıqlar davam edir. Bu barədə CNN diplomatik mənbəyə istinadən məlumat yayıb Onun sözlərinə görə, ABŞ-ın İrana zərbələr endirməsinə və İranın Yaxın Şərqdəki ABŞ hədəflərinə zərbələr endirməsinə baxmayaraq müzakirələr davam edir Qətər nümayəndə heyəti İran rəsmiləri ilə gecə boyu danışıqlar apardıqdan sonra cümə axşamı səhər Tehranı tərk edib. İran İnternational yazır ki, danışıqlar cümə axşamı gecə ABŞ-ın İran ərazisinə zərbələr endirdiyi bir vaxtda baş tutub Danışıqların təfərrüatları açıqlanmır Qətər ənənəvi olaraq Vaşinqton və Tehran arasında təmaslarda vasitəçi kimi çıxış edib və dəfələrlə tərəflər arasında mesajlar üçün kanal kimi istifadə edilib Bu arada İran ordusu qüdrətinin 12 günlük müharibənin səviyyəsini keçdiyini bildirib İranın yüksək rütbəli hərbi rəsmisi Əbülfəzl Şekarçi cümə axşamı bildirib ki, qoşunlar tam hazırdır və ölkənin hərbi gücü 12 günlük müharibədən qat-qat üstündür Şəkərçi İranın müdafiə texnikasının məhv edilməsi ilə bağlı düşmən iddiaları adlandırdığı iddiaları rədd edib O, əlavə edib ki, İran silahlı qüvvələri ABŞ-a “ağır itkilər” verib


