Tenqri
Ana Səhifə
Dünya

Müharibə, NATO zirvəsi, AB ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsi: Ərdoğan və Kallas arasında danışıqlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı prezident kompleksində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallası qəbul edib Görüş Avropa Komissiyasının nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində baş tutub. Türkiyə Prezident Administras

0 baxışhaqqin.az
Müharibə, NATO zirvəsi, AB ilə Türkiyə arasında əlaqələrin gücləndirilməsi: Ərdoğan və Kallas arasında danışıqlar
Paylaş:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı prezident kompleksində Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallası qəbul edib Görüş Avropa Komissiyasının nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində baş tutub. Türkiyə Prezident Administrasiyasının məlumatına görə, tərəflər Türkiyə ilə Avropa İttifaqı arasında münasibətləri, regional və beynəlxalq məsələləri, həmçinin NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıq məsələlərini müzakirə ediblər “Anadolu”nun məlumatına görə, danışıqlar bağlı qapılar arxasında baş tutub. Görüşdə Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, Prezident Administrasiyası yanında Kommunikasiya şöbəsinin rəhbəri Burhanəddin Duran və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər Öz növbəsində Kaya Kallas X sosial şəbəkəsində Türkiyə prezidenti ilə görüşlə bağlı şərh verib. “Türkiyə təhlükəsizlik, miqrasiya və enerji məsələlərində əsas tərəfdaş, həmçinin Aİ-yə namizəd ölkədir”, - Kallas yazıb “Bu gün prezident Ərdoğanla Aİ ilə Türkiyə arasında münasibətlərin daha da möhkəmləndirilməsi, eləcə də mehriban qonşuluq münasibətlərinin əhəmiyyəti barədə danışmaqdan çox məmnun oldum”, - o deyib. "Biz həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsini, Yaxın Şərqdəki münaqişələri və NATO-nun Ankarada keçiriləcək sammitinə hazırlıqları müzakirə etdik. Türkiyə NATO-nun şərq cinahının müdafiəsinə mühüm töhfə verir", - Aİ-nin ali nümayəndəsi yekunlaşdırıb

Kaynak: haqqin.az

Diğer Haberler