Təcili tibbi yardım maşınının sürücüsü Mustafayev məhkəmə zalında həbs edilib
Ötən il avqustun 22-də Binəqədi yolunda qəza törədən Kəpəz Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobilinin sürücüsü, Füzuli rayon sakini, 35 yaşlı Şahin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb İstintaq zamanı müəyyən edilib ki, Ş. Mustafayev “Ford Tranzit” markalı, 77-JB-27

Ötən il avqustun 22-də Binəqədi yolunda qəza törədən Kəpəz Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobilinin sürücüsü, Füzuli rayon sakini, 35 yaşlı Şahin Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb İstintaq zamanı müəyyən edilib ki, Ş. Mustafayev “Ford Tranzit” markalı, 77-JB-277 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə Kəpəz Xəstəxanasının rəhbərliyinin tapşırığı ilə sənədləri Sumqayıt xəstəxanasının klinikasına aparırmış. Eyni zamanda təcili yardım maşınında xəstə olmasa da, sayrışan işıqları və sirenləri yandırıb. Mustafayev svetoforun qırmızı işığından keçib və İlham Hacıyev küçəsində işıqforun yaşıl işığında hərəkətdə olan mopedi vurub. Mopedin sürücüsü ağır xəsarət alıb və Mustafayev onu təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırsa da, zərərçəkmişi xilas etmək mümkün olmayıb Təqsirləndirilən şəxs Şahin Mustafayev ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bir aya yaxın Kəpəz xəstəxanasında təcili tibbi yardım maşınının sürücüsü işlədiyini, xəstələri daşıdığını göstərib. Rəhbərliyin tapşırığı ilə sənədləri Sumqayıt xəstəxanasına aparıb "Saat 17:30 radələrində Binəqədi şosesindən Azadlıq prospektinə çıxdım. Maşının yanıb-sönən işıqlarını yandıraraq xəstəxanaya tərəf getdim. Binəqədi rayonu, Azadlıq prospekti ilə hərəkət edəndə gördüm ki, İlham Hacıyev küçəsi ilə kəsişmədə yerləşən işıqfor qırmızıdır Qırmızı svetoforda yüksək səs siqnalı ilə hərəkət edən zaman sol yoldan çıxan moped qarşıma çıxdı. Dərhal maşından düşüb zərərçəkmişi idarə etdiyim maşına mindirdim və işlədiyim Kəpəz xəstəxanasına apardım. Həmin gün ona xəstəxanada ilkin tibbi yardım göstərilib. Lakin ertəsi gün o, aldığı xəsarətlərdən Kəpəz xəstəxanasında dünyasını dəyişib” Mərhumun anası Hicran İbrahimova oğlunun kuryer işlədiyini deyib. O, oğlunun ölüm səbəbini təkcə qəza deyil, həm də həkim səhlənkarlığı adlandırıb O, Kəpəz xəstəxanasının həkimlərini günahlandıraraq, bu klinikada oğluna lazımi tibbi yardım göstərilmədiyini bildirib. Mərhumun anası təqsirləndirilən şəxslə barışmadığını deyib və məhkəmədən ona ən ağır cəzanın verilməsini istəyib Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Şahin Mustafayev 5 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına ümumi rejimli islah müəssisəsində çəkilib. Onun polis nəzarətinə keçməsi ilə bağlı həbs qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib

