Moped sürücülərindən sürücülük vəsiqəsi tələb olunacaq
Moped sürmək üçün sürücülük vəsiqəsi lazımdır Day.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb Layihəyə əsasən, mopedlər qeydiyyata

Moped sürmək üçün sürücülük vəsiqəsi lazımdır Day.Az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb Layihəyə əsasən, mopedlər qeydiyyata alınaraq dövlət qeydiyyat nişanı verilməklə müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınacaq. Bundan əlavə, yalnız sürücülük vəsiqəniz olduqda moped sürmək mümkün olacaq Belə ki, nəqliyyat vasitələrinin sürücüləri üçün nəzərdə tutulan bir sıra vəzifələr moped sürücülərinə də şamil olunacaq. Moped sürmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı lazımdır Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


