Almatıda "Audi"nin sürücüsü piyadaları vuraraq dayanacaqda olan avtomobilə çırpılıb: 5 nəfər xəsarət alıb
Almatıda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb, bu barədə paytaxt polis idarəsinin mətbuat xidməti məlumat yayıb Qəza bu gün, iyunun 9-da saat 8.20 radələrində Medeu rayonunda baş verib. Zenkova küçəsi ilə hərəkətdə olan “Audi”nin sürücüsü yolun hərəkət hissəsində olan 5 piyadanı vurub. Daha

Almatıda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb, bu barədə paytaxt polis idarəsinin mətbuat xidməti məlumat yayıb Qəza bu gün, iyunun 9-da saat 8.20 radələrində Medeu rayonunda baş verib. Zenkova küçəsi ilə hərəkətdə olan “Audi”nin sürücüsü yolun hərəkət hissəsində olan 5 piyadanı vurub. Daha sonra o, yolun kənarında dayanmış “Toyota” markalı avtomobillə toqquşub "Zərbənin təsirindən "Toyota" yaxınlıqda dayanmış "Subaru" markalı avtomobilə çırpılıb. Avtomobillərin sürücüləri salondan kənarda olublar. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onların hamısına ilkin tibbi yardım göstərilib", - məlumatda deyilir Polis hadisənin başvermə şəraitini müəyyənləşdirir Informburo.kz saytından əlaqəli mövzularda xəbərlər və materiallar


