Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanda dam örtüyü günəş enerjisinin potensialı nə qədər qiymətləndirilir?

Azərbaycanda paylanmış günəş enerjisi və dam örtüyü günəş enerjisi potensialının təhlili təqdim edilib, ona əsasən damda günəş enerjisi qurğularının texniki potensialı təxminən 9,4 GVt həcmində qiymətləndirilir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan

0 baxışday.az
Azərbaycanda dam örtüyü günəş enerjisinin potensialı nə qədər qiymətləndirilir?
Paylaş:

Azərbaycanda paylanmış günəş enerjisi və dam örtüyü günəş enerjisi potensialının təhlili təqdim edilib, ona əsasən damda günəş enerjisi qurğularının texniki potensialı təxminən 9,4 GVt həcmində qiymətləndirilir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 31-ci Beynəlxalq "Xəzər Neft və Qaz" sərgisi çərçivəsində keçirilən panel müzakirəsində deyib D.Abdullayev vurğulamışdır ki, iri günəş və külək enerjisi layihələrindən əlavə paylanmış generasiyanın, o cümlədən damda günəş enerjisinin inkişafı, o cümlədən ev təsərrüfatlarının, müəssisələrin və bələdiyyələrin enerji keçidində iştirakı mühüm rol oynayır O, dam örtüyü günəş enerjisinin bütün dünyada enerji təhlükəsizliyinin artırılması, şəbəkələrdəki yükün azaldılması, investisiya və məşğulluğun stimullaşdırılması vasitəsi kimi göründüyünü qeyd edib və Azərbaycanda bu potensialdan hələ də tam istifadə olunmadığını vurğulayıb “Təqdim olunan araşdırmanın bir hissəsi olaraq, peyk məlumatlarından və geoməkan texnologiyalarından istifadə edərək, ölkənin doqquz strateji əhəmiyyətli şəhərində dam örtüyü günəş qurğularının potensialı qiymətləndirilib Nəticələrə görə, dam örtüyü günəş enerjisinin texniki potensialı təxminən 9,4 GVt, potensial illik istehsal isə 11,8 TVtsaatdan artıq təmiz elektrik enerjisidir” Onun sözlərinə görə, tədqiqatın nəticələri təkcə potensialın qiymətləndirilməsi deyil, həm də siyasət qərarlarının, investisiya mexanizmlərinin formalaşdırılması, bazar risklərinin azaldılması və biznes modellərinin, o cümlədən enerji xidməti şirkəti (ESCO) mexanizmlərinin inkişafı üçün nəzərdə tutulub Cavid Abdullayev onu da vurğulayıb ki, enerji keçidi təkcə texnoloji proses deyil, həm də iqtisadi inkişaf, yeni sənaye sahələrinin yaradılması və həyat keyfiyyətinin yüksəldilməsi üçün bir fürsətdir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

Kaynak: news.day.az

Diğer Haberler