Fransada Ruandanın keçmiş birinci xanımına qarşı 1994-cü il soyqırımı işi yenidən açılıb
Keçən il eks-prezidentin dul arvadına qarşı iş “kifayət qədər sübut olmadığı üçün” dayandırılmışdı, lakin çərşənbə günü Fransanın apellyasiya məhkəməsi bu qərarı ləğv edərək, istintaqın davam etdirilməsinə göstəriş verib 83 yaşlı Habyarimana 1998-ci ildən Fransada yaşayır. Kiqali dəfələrlə onun ek

Keçən il eks-prezidentin dul arvadına qarşı iş “kifayət qədər sübut olmadığı üçün” dayandırılmışdı, lakin çərşənbə günü Fransanın apellyasiya məhkəməsi bu qərarı ləğv edərək, istintaqın davam etdirilməsinə göstəriş verib 83 yaşlı Habyarimana 1998-ci ildən Fransada yaşayır. Kiqali dəfələrlə onun ekstradisiyasını tələb edib Keçmiş birinci xanım 1994-cü ilin aprelində əri, prezident Juvenal Habyarimana-nın təyyarəsinin vurulmasından bir neçə gün sonra Fransa rəsmilərinin köməyi ilə Ruandadan qaçdı. Bu hadisə tarixə 20-ci əsrin ən dəhşətli qırğınlarından biri kimi düşən soyqırımın başlamasına səbəb oldu Habyarimana özü bütün ittihamları rədd edir, özünü evdar qadın və səkkiz uşaq anası adlandırır, siyasətlə məşğul deyil Fransa məhkəmələri universal yurisdiksiya prinsipini - ağır cinayətlərə görə məsuliyyət daşıyanları harada törədilməsindən asılı olmayaraq təqib etmək hüququnu rəhbər tutaraq, artıq bir neçə Ruanda vətəndaşını 1994-cü il soyqırımında iştiraka görə məhkum edib


