Vəli Axundov: Ağayanalığın və sadəliyin timsalı - Vəli Axundov-110
Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 110 illiyi tamam olur. 1916-cı il mayın 14-də Bakıda dünyaya gələn Vəli Axundov 1950-60-cı illərdə dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışıb - Azərbaycan SSR səhiyyə naz

Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 110 illiyi tamam olur. 1916-cı il mayın 14-də Bakıda dünyaya gələn Vəli Axundov 1950-60-cı illərdə dövlət idarəçiliyi sahəsində ən məsul vəzifələrdə çalışıb - Azərbaycan SSR səhiyyə naziri ), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1958), Azərbaycan SSR Nazirlər Sovetinin sədri ), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi ) olub. V.Axundov 1986-cı ilin avqustunda 70 yaşında dünyasını dəyişib 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev akademik Vəli Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb 100 illik yubileyi ilə bağlı dərc olunan kitabda Azərbaycanın ayrı-ayrı ziyalıları, alimlər, ədəbiyyat elm və mədəniyyət xadimləri akademik Vəli Axundovla öz bağlı xatirlərini bölüşüblər. Kitabda Azərbaycanın Xalq yazıçısı Elçinin də yazısı yer alıb. Mərhum akademikin 110 illik yubileyi ərəfəsində həmin yazıları oxucuların diqqətinə çatdırırıq. Materialları qəzetimizə Vəli Axundovun qızı, tanınmış musiqişunas Nigar xanım Axundova təqdim edib Gələn qonar, qonan köçər Hey salırsan talan, dünya Vəli Axundovun haqqında bu kiçik xatirələri yazarkən ilk fikrimə gələn epizod biləvasitə onunla yox, mənim yeniyetməlik çağlarımda şahidi olduğum və həmişəlik hafizəmə hopmuş bir hadisə ilə bağlıdır 1960-cı ildə Bakıda belə bir həyəcanlı söhbət gəzirdi: Ermənistan rəhbərliyi Moskvada məsələ qaldırıb ki, Naxçıvan coğrafi baxımdan Azərbaycandan kənardadır, guya buna görə böyük iqtisadi problemlər yaranır və bu muxtar respublikanı Ermənistana vermək lazımdır Həmin vaxtlarda Akademiyanın indiki İstiqlal küçəsindəki əsas binasında Səməd Vurğunun vəfatının beşinci ildönümü münasibətilə xatirə gecəsi keçirilirdi və Məmməd Arif sədr, İlyas Əfəndiyev isə məruzəçi idi. Mən də ədəbiyyat həvəskarı olan bir yeniyetmə kimi - onuncu sinif şagirdi idim - o tarixi xatirə gecəsinə getmişdim Bu, Səməd Vurğunun həmin xatirə gecəsi idi ki, professor Abbas Zamanov xitabət kürsüsünə qalxıb, sonradan böyük səs-küyə, siyasi qalmaqala və əməlli-başlı milli təlatümə səbəb olmuş məşhur çıxışını etdi və o emosional çıxışın məğzi bundan ibarət idi ki, "biz heç vaxt Naxçıvanın bir qarışını da Ermənistana verməyəcəyik!" (Elə buna görə də tarixi gecə idi!) Bu hadisədən bir müddət sonra bir axşam Mehdi Hüseyn bizə gəlmişdi və söhbət əsnasında dedi: Vəli deyir ki, Tovmasyan həqiqətən məsələ qaldırıbmış ki, Naxçıvan Ermənistana verilsin. Mikoyanın təsirilə Xruşşovun da belə bir fikri varıymış. Vəli hiss edib ki, bu məsələyə Politbüroda baxa bilərlər. Deyir, möhkəm hazırlaşırdım ki, öldü var, döndü yoxdu. Ancaq Abbasın çıxışından sonra, məsələni gündəlikdən çıxarıblar Suren Tovmasyan o vaxt Ermənistanın partiya rəhbəri idi, Vəli Axundov isə Azərbaycan KP MK-nın yenicə birinci katibi seçilmişdi Mehdi Hüseyn Vəli Axundovla dost idi, İlyas Əfəndiyev də Mehdi Hüseynlə dost idi Və yaxşı yadımdadır ki, İlyas Əfəndiyev hərdən Mehdi Hüseynə istinadən deyirdi: Vəli Axundov deyirmiş ki, Ermənistanın fikri-zikri Naxçıvanla Qarabağı Azərbaycandan qoparmaqdır. Deyirmiş, sərhesab olmaq lazımdır O vaxtkı yazılmamış qanunlara görə, partiya rəhbəri milli məsələlərin fövqündə dayanmalı, hakim ideologiyaya xidmət etməli idi və Vəli Axundovun belə bir xəbərdarlığı onun məhz milli-mənəvi hisslərindən, əslində, süni "SSRİ vətəndaşı" kimi yox, hər şeydən əvvəl Azərbaycan vətəndaşı kimi keçirdiyi həyəcandan, elə buna görə də, çiyninə götürdüyü yükün daha artıq dərəcədə ağırlığından xəbər verirdi Həmin çıxışdan sonra biləvasitə Moskvanın (sistemin!) açıq-aşkar düşmənçiliyi ilə Abbas müəllimi sarsıtmaq cəhdləri başladı, ancaq o, öz şəxsiyyətinə xas olan bir əzm və prinsipiallıq ilə mübarizə apararaq, elə həmin sovet cəmiyyətindəki mövqeyini bərpa etdi Bu hadisədən xeyli sonralar - mən Abbas müəllimlə yaxın ünsiyyətdə olduğum vaxtlar - 70-80-ci illərdə, o, hərdən bu hadisəni xatırlayaraq deyirdi: Bu işdə Axundovun "kulisarxası" köməyi çox oldu Abbas müəllimin dediyi o "kulisarxası" ifadəsi indiyə qədər hafizəmdə qalıb - bu bir kəlmə Vəli Axundovun tədbirli, səriştəli və milli-mənəvi baxımdan əhəmiyyətli fəaliyyəti ilə bağlı çox şey deyir 1950-ci illərin ortalarında Mehdi Hüseynin oğlu Əlinin ad günlərində, onların indi səbəbini xatırlamadığım başqa məclislərində Vəli Axundov da həyat yoldaşı Sara xanımla birlikdə Mehdi Hüseyngildə olurdu və mən də İlyas Əfəndiyevlə o məclislərə gedirdim Mehdi Hüseynin həyat yoldaşı, rəhmətlik Fatma xanım mənim böyüklərlə oturub-durmağa, böyüklərin söhbətlərinə qulaq asmağa çox həvəsli olduğumu yaxşı bilirdi və məni də həmişə böyüklərlə bərabər, mizin arxasında oturdurdu. Mən o mizin arxasında çox qürurla əyləşirdim, böyüklər isə mənə - orta məktəb şagirdinə baxıb nə fikirləşirdi - bunu Allah bilir Vəli Axundov o zamanlar səhiyyə naziri vəzifəsində işləyirdi, sonra da qısa müddət Nazirlər Sovetinin sədri vəzifəsində işlədi, əgər səhv etmirəmsə, bir neçə ay da MK katiblərindən biri oldu, ancaq bu adamın sadəliyi, danışığı, zarafatları heç vəchlə hansısa yüksək vəzifələrdən xəbər vermirdi. O məclislərdə Mehdi Hüseyngilin qohumlarından başqa, Həmid Araslını, Mir Cəlal müəllimi, Adil İsgəndərovu, Mikayıl Rzaquluzadəni, Ələsgər Ələkbərovu, İmran Qasımovu xatırlayıram və Vəli Axundov onların hər biri ilə çox mehriban, hətta mən deyərdim ki, məhrəmanə söhbət edirdi, onların sağlığına söz deyirdi, badə qaldırırdı, zarafat edirdi. O sadəlik, mehribanlıq, məhrəmliklə bərabər, Vəli Axundovun danışığında da, zarafatlarında da, Sara xanıma münasibətində də, yeyib-içməyində də yüksək bir mədəniyyət və ağayanalıq var idi - yəqin elə bu mədəniyyətə və ağayanalığa görə də o, elitar şəxsiyyət idi İndi, bu sətirləri yazarkən xatırlayıram ki, Vəli Axundov - tibb təhsili almış, gənc yaşlarından etibarən müxtəlif partiya-sovet vəzifələrində işləmiş bu insan duzlu Molla Nəsrəddin lətifələrini misal çəkirdi, atalar sözlərini işlədirdi, Üzeyir bəyin operettalarındakı personajların replikalarından yerli-yerində istifadə edirdi və bu da, əlbəttə, xalqa bağlılığın, xalqın ruhunu duymağın, klassik irsə bələdliyin ifadəsi idi. Hətta yaxşı xatırlayıram ki, bir dəfə Mehdi Hüseyngildə məclis əhlinin arasında çörək növbələrindən, dükanlardakı qıtlıqdan - Xruşşov dövrünün qıtlığından - söhbət düşdü və Vəli Axundovun yerində başqa bir partiya-sovet funksioneri olsaydı, heç olmasa söhbətin məcrasını dəyişərdi, ya özünü eşitməzliyə qoyardı, ancaq o, bu söhbətin ab-havası ilə Vaqifin məşhur qoşmasını əvvəldən axıra qədər əzbər söylədi: Bayram oldu, heç bilmirəm neyləyim Bizim evdə dolu çuval da yoxdur Dügüylə yağ hamı çoxdan tükənmiş Ət heç ələ düşməz, motal da yoxdur Allaha bizmişik naşükür bəndə Bir söz desəm, dəxi qoymazlar kəndə Xalq batıbdır noğla, şəkərə, qəndə Bizim evdə axta zoğal da yoxdur Bizim bu dünyada nə malımız var Nə də evdə sahibcamalımız var Vaqif, öyünmə ki, kamalımız var Allaha şükür ki, kamal da yoxdur Sovet sisteminin zorlu bir vaxtında Vəli Axundovun bu şeiri məclisdə söyləməsi də (özü də əzbərdən!), elə bilirəm ki, onun daxili aləmi, mənəvi siması haqqında çox şey deyir 1960-cı ildə İlyas Əfəndiyev Yazıçılar İttifaqının katibi vəzifəsindən azad olunmaq üçün MK-ya istefa ərizəsi yazdı və bir ildən də artıq bu ərizə qəbul edilmədi, bütün bu müddətdə də İlyas Əfəndiyev işə çıxmadı, maaşdan da imtina etdi 1961-ci ilin yanvar, ya fevral ayı idi, bir gün axşam evimizdə telefon zəng çaldı, dəstəyi mən götürdüm və kişi səsi salamlaşandan sonra soruşdu ki, kimlə danışır? Mən adımı dedim Hə, Elçin, necəsən? Məktəbi qurtarmısan? Mən artıq universitetdə oxuduğumu dedim və məlum oldu ki, zəng edən Vəli Axundovdur, İlyas Əfəndiyevlə danışıb nə üçün istefa vermək istədiyinin səbəbini biləvasitə özü bilmək istəyir. İlyas Əfəndiyev də: Yeganə səbəb odur ki, yalnız yaradıcılıqla məşğul olmaq istəyirəm, - dedi Və bu zəngdən düz altı il keçəndən sonra - 1967-ci il iyun ayının 3-də mən Vəli Axundovla şəxsən görüşdüm (ümumiyyətlə, həyatımda ilk dəfə idi ki, respublikanın rəhbəri olan şəxslə biləvasitə görüşürdüm!) və görüş deyəndə, əslində, bu, ayaqüstü bir təsadüf idi O zaman mən artıq aspirant idim və ilk hekayələrim, povestlərim mətbuatda dərc olunurdu. Yazdığım həmin tarixdə filarmoniyanın binasında bizim Yazıçılar İttifaqının SSRİ Yazıçılar İttifaqı ilə birlikdə Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr edilmiş plenumu keçirilirdi və Vəli Axundov da o plenumun açılışına gəlmişdi Foyedə toplaşmış adamlarla salamlaşa-salamlaşa maestro Niyazinin məşhur kabinetinə tərəf gedəndə gözü məni də o saat aldı və ayaq saxlayaraq, əlini uzadıb salamlaşdı: Mətbuatda hekayələrini görürəm, - dedi Bu, Vəli Axundov MK-nın birinci katibi olduğu onillikdə - cu illər arası - mənim onunla ilk və son görüşüm idi. Maraqlısı da odur ki, fotoqraf bu görüş anını çəkib və bu xatirəni yazarkən, arxivimdə o fotoşəkili axtarıb tapdım, o dəqiq tarixi də o zaman fotoşəkilin arxasında yazdığım yazıdan götürdüm Sonrakı dövrlərdə isə yenə də təsadüf bizi hərdən-bir görüşdürürdü: Akademiyadakı iclaslarda, başqa tədbirlərdə, ən çox da liftin qapısı ağzındakı meydançada - məsələ burasında idi ki, 70-ci illərin əvvəllərində mənim qayınatam Teymur Elçinlə Vəli Axundov eyni binada yaşayırdılar və mən Teymur müəllimgilə gedəndə girişdəki meydançada ya lift gözləyən, ya da liftdən çıxan Vəli Axundovla rastlaşırdım, ayaqüstü görüşüb, ayaqüstü də söhbət edirdik (mən ona o dövrün etiketi ilə "Vəli Yusifoviç" deyə müraciət edirdim). Bu bir neçə dəqiqəlik söhbətlər əsnasında da onun şəxsiyyətinin elitarlığı həmişə onunla birlikdə olurdu və bu ayaqüstü söhbətlər zamanı mənim yazı-pozu işlərimi soruşurdu, yazıçıları xəbər alırdı ("Süleyman Rüstəm necədir?", "Əli Vəliyev nə edir?", "İmran Qasımov nə yazır?"), həmişə də İlyas Əfəndiyevə salam göndərirdi Bunu da qeyd edim ki, həmin liftin qapısı ağzında mən bu gün atası haqqında xatirələr kitabını hazırlayın Nigar xanımı da - arıq məktəbli qız Nigarı - tez-tez görürdüm və mənim üçün çox xoşdur ki, o, atasının xatirəsini bu qədər əziz tutur Ancaq bir dəfə təsadüf elə gətirdi ki, Vəli Axundovla xeyli, az qala iki saat söhbət etdik və o söhbət mənim üçün əməlli-başlı heyrətamiz bir hadisə oldu Sağlam, xəstəliyin nə olduğunu bilməyən İlyas Əfəndiyev 1979-cu ilin payızında qəflətən xəstələndi, Moskvaya getməzdən əvvəl bir neçə gün Bakıda, indiki Mərkəzi Xəstəxanada yatası oldu və mən o xəstəxananın dəhlizində Vəli Axundovla rastlaşdım - səhhətindəki problemlərlə bağlı bir neçə gün idi ki, xəstəxanada müalicə olunurdu. Mənimlə birlikdə gəlib İlyas Əfəndiyevi yoluxdu, sonra mən onu öz palatasına ötürdüm və dediyim o söhbəti də elə o palatada etdik Mən Yazıçılar İttifaqının gənc bir katibi, o isə, zəngin bir həyat məktəbi keçmiş və məndən az qala otuz yaş böyük tanınmış bir şəxsiyyət - ancaq teatr termini ilə desəm, bu tərəf-müqabilliyin üzərində səmimi və mehriban bir aura var idi Və Vəli Axundov o söhbət əsnasında gənc yaşlarında Bakı küçələrində, teatrda Cəfər Cabbarlını, Müşfiqi, Cavidi necə gördüyünü danışdı, Səməd Vurğun haqqında xatirələrini yada saldı, sonra söz Nazim Hikmətdən, türk ədəbiyyatından düşdü və mən yuxarıda o "heyrətamiz" sözünü ona görə işlətdim ki, Vəli Axundov mənim üçün tamam gözlənilmədən Tofiq Fikrətin, Əbdülhaq Hamidin, Mehmet Akif Ersoyun şeirlərini orijinalın dili ilə əzbər söylədi Nəzərə alsaq ki, söhbət Tofiqi də, Hamidi də "burjua şairləri", Mehmet Akifi "mürtəce millətçi" hesab edən ideologiyanın hakimlik etdiyi bir dövrdən, Türkiyəni NATO-nun və SENTO-nun (Bağdad paktının) üzvü olan düşmən ölkə hesab edən bir sistemdən gedir, o zaman on il Azərbaycanın partiya rəhbəri olmuş insanın bu şeirləri əzbərdən söyləməsi, elə bilirəm ki, o "heyrətamiz" ifadəsini tam şəkildə doğruldur Ernest Heminqueyin məlum aysberq bənzətməsi yadıma düşür. Aysberqin görünən hissəsi onun üçdə biri, dörddə biri, hətta beşdə biri qədərdir, görünməyən əsas hissə isə altda, okeanın içindədir və ədəbiyyatda da sözaltı məna aysberqin görünməyən hissəsi kimi olmalıdır. Bu bənzətmə ona görə yadıma düşdü ki, insanın daxili aləmi də belədir, gördüyümüz həmin daxili aləmin, xislətin yalnız zahiri ifadəsidir Əlbəttə, insan daxilən zəngin olduqda, o görünməyən hissə də qat-qat artıq olur - Vəli Axundov kimi Orasını da deyim ki, Vəli Axundovun həyat yoldaşı Sara xanım Əhməd bəy Ağayevin doğma qardaşı Hüseyn bəyin qızı idi, Əhməd bəy isə Azərbaycanda sovet ideologiyasının kin-küdurət və aşkar bir ədavətlə nişan aldığı iki "mürtəce" qələm sahibindən, "burjua ideoloqu"ndan - Əhməd bəy Ağayev və Əli bəy Hüseynzadə - biri idi Vəli Axundov Azərbaycanın müstəqilliyini görmədi, ancaq mən şübhə etmirəm ki, onun ruhu şaddır və nə yaxşı ki, öz müstəqilliyini yenicə bərpa etdiyi və bu müstəqilliyin möhkəmlənməsi naminə mübarizə getdiyi bir vaxtda - 1996-cı ildə Vəli Axundovun 80 illiyi respublika səviyyəsində qeyd olundu, Akademiyanın həmin əsas binasında yubiley mərasimi keçirildi və o mərasimdə unudulmaz Heydər Əliyev xitabət kürsüsünə qalxıb, həmişəki kimi parlaq bir nitq söyləyərək, Vəli Axundovu yüksək qiymətləndirdi. Bu gün isə hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə Vəli Axundovun artıq 100 illik yubileyi respublika səviyyəsində keçirilir Mən Vəli Axundovu sonuncu dəfə 80-ci illərin ortalarında, vəfatından bir neçə ay əvvəl gördüm Maşınla Qoşa Qala Qapısının qarşısındakı meydandan keçirdim və gördüm ki, Vəli Axundov Partiya Maarifi Evinin (indiki Konstitusiya Məhkəməsinin) qarşısında dayanıb. Maşını saxladıb, düşdüm, onunla görüşdüm, hara gedirsə, maşına əyləşməyi təklif etdim Elə həmin mehribanlıq və ağayanalıqla: Çox sağ ol, maşın gəlir, - dedi və əlavə etdi: - Mən səndən çox razıyam İndi bu qısa qeydləri yazarkən fikirləşirəm ki, axı mən onun üçün heç nə etməmişdim, nəyə görə razılığını bildirirdi?


