Venesuela hakimiyyəti Maduronun müttəfiqini ABŞ-a deportasiya etdi
Kolumbiya əsilli Venesuela rəsmisi və iş adamı Aleks Saab bir neçə aylıq həbsdən sonra ABŞ-a deportasiya edilib Bu barədə Venesuela Miqrasiya Agentliyinin (SAIME) X. Saab məlumatında bildirilir ki, yanvarda ABŞ xüsusi təyinatlıları tərəfindən əsir götürülən keçmiş prezident Nikolas Maduronun müttə

Kolumbiya əsilli Venesuela rəsmisi və iş adamı Aleks Saab bir neçə aylıq həbsdən sonra ABŞ-a deportasiya edilib Bu barədə Venesuela Miqrasiya Agentliyinin (SAIME) X. Saab məlumatında bildirilir ki, yanvarda ABŞ xüsusi təyinatlıları tərəfindən əsir götürülən keçmiş prezident Nikolas Maduronun müttəfiqi sayılırdı Departamentin bəyanatında qeyd olunur ki, qərar onun ABŞ-da cinayətlərdə iştirakı nəzərə alınaraq qəbul edilib və bu, “məşhur və geniş şəkildə açıqlanan faktdır” O, 2024-cü ilin oktyabrından 2026-cı ilin 16 yanvarına kimi Venesuelanın Sənaye və Milli İstehsal naziri vəzifəsində çalışıb. 2020-ci ilin iyununda Saab Amerika tərəfinin tələbi ilə Kabo-Verdedə saxlanılıb. 2021-ci ilin oktyabrında o, ABŞ-a ekstradisiya edilib və orada banklar vasitəsilə 350 milyon dolları yumaqda ittiham olunub. 2023-cü ilin dekabrında hüquqi döyüşdən sonra Saab Vaşinqton və Karakas arasında məhbus mübadiləsi çərçivəsində azad edildi və sonra Venesuelaya qayıtdı Reuters-in məlumatına görə, Saab ABŞ hakimiyyətini Maduroya qarşı cinayət işi üçün lazım olan məlumatları təqdim edə bilər


