Tenqri
Ana Səhifə
Dünya

Vladimir Kreydenko: Ukrayna üçün WUF13-də iştirakın xüsusi ölçüsü var

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək On Üçüncü Sessiyası həqiqətən də, qlobal miqyaslı bir hadisədir. 2002-ci ildən bəri Ümumdünya Şəhərsalma Forumu davamlı şəhər inkişafının müzakirəsi üçün əsas beynəlxalq platformadır və onun hər bir sessiyası gələcək illər üçün müzakirələrin tonunu m

0 baxışazertag.az
Vladimir Kreydenko: Ukrayna üçün WUF13-də iştirakın xüsusi ölçüsü var
Paylaş:

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək On Üçüncü Sessiyası həqiqətən də, qlobal miqyaslı bir hadisədir. 2002-ci ildən bəri Ümumdünya Şəhərsalma Forumu davamlı şəhər inkişafının müzakirəsi üçün əsas beynəlxalq platformadır və onun hər bir sessiyası gələcək illər üçün müzakirələrin tonunu müəyyən edir. WUF13 də istisna olmayacaq Bu fikri AZƏRTAC-a Ukrayna Ali Radasının üzvü, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenko bildirib “Bu forumun mövzusu – “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” son dərəcə aktualdır. Yaşayış yeri böhranı bu gün planetdə təxminən 3 milyard insanı əhatə edir. Bu mücərrəd statistika deyil – bu, layiqli və təhlükəsiz yaşayış yerinə çıxışı olmayan real ailələrdir. Forum inklüzivlik, iqlimə davamlılıq və infrastruktura bərabər çıxış sahəsində konkret praktiki həllərin axtarışı üçün platforma olacaq WUF13-ün hələ 2016-cı ildə Kitoda qəbul edilmiş Yeni şəhər proqramının icrasının aralıq nəticələrinin əlaqələndirilməsi ilə üst-üstə düşməsi də vacibdir. Bu, iştirakçı dövlətlər üçün görülən işləri qiymətləndirmək və kursu tənzimləmək üçün ciddi fürsətdir”, - deyə o qeyd edib Deputat vurğulayıb ki, Ukrayna üçün bu forumda iştirakın xüsusi ölçüsü var “Ölkəmiz hazırda dağıdılmış yaşayış binaları və şəhər infrastrukturunun bərpası ilə bağlı misli görünməmiş çətinliklərlə üzləşir. Dağıntılara məcburi reaksiya şəraitində əldə etdiyimiz təcrübə şəhər dayanıqlığı ilə bağlı qlobal müzakirəyə dəyərli töhfə ola bilər. Eyni zamanda, biz özümüz forum iştirakçılarından bərpa işlərində bizə kömək edəcək ən qabaqcıl təcrübə və yanaşmalar əldə etməyə ümid edirik Bakı belə bir tədbirin keçirilməsi üçün əla seçimdir. Azərbaycan dinamik şəhər inkişafına malik bir ölkədir. Əminəm ki, Azərbaycan tərəfi forum üçün ən yüksək səviyyədə təşkilatçılığı təmin edəcək. Ali Radanın Azərbaycanla parlamentlərarası əlaqələr üzrə parlament qrupunun həmsədri kimi mənim üçün bu, həm də ölkələrimiz arasında ikitərəfli dialoqu gücləndirmək üçün bir fürsətdir. Bakıda maraqlı və məhsuldar işin aparılacağına ümid edirəm”, - deyə V.Kreydenko əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler