Vəkillər Kollegiyasınn sədri: Bu gün imtahanda rekord sayda namizəd iştirak edir
Bu gün vəkilliyə namizədlər üçün keçirilən yazılı imtahanda 540 nəfər iştirak edir ki, bu da 2018-ci ildən bəri ən yüksək iştirak göstəricisi kimi diqqət çəkir. Misal üçün, 5 ay əvvəl - noyabr ayında keçirilən yazılı imtahanda 400-dən bir qədər çox namizəd iştirak etmişdi AZƏRTAC xəbər verir ki, bu

Bu gün vəkilliyə namizədlər üçün keçirilən yazılı imtahanda 540 nəfər iştirak edir ki, bu da 2018-ci ildən bəri ən yüksək iştirak göstəricisi kimi diqqət çəkir. Misal üçün, 5 ay əvvəl - noyabr ayında keçirilən yazılı imtahanda 400-dən bir qədər çox namizəd iştirak etmişdi AZƏRTAC xəbər verir ki, bunu jurnalislətə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib O deyib ki, bugünkü imtahanda rekord sayda namizəd iştirak edir: “İştirakçıların 71 faizi 40 yaşadək olan gənc hüquqşünaslardır. Sevindirici haldır ki, onların sırasında dövlət qurumlarında fəaliyyət göstərənlər də yer alır. Belə ki, 540 namizədin 120-si məhz dövlət qurumlarında işləyən hüquqşünaslardır, onların 60-ı isə hüquq-mühafizə orqanları və məhkəmə sistemində fəaliyyət göstərir. Bu da ölkədə vəkillik peşəsinə olan marağın geniş olduğunu göstərir” Anar Bağırov, həmçinin qeyd edib ki, namizədlərin 53 faizi Bakı şəhərini, 47 faizi isə regionları, o cümlədən Naxçıvan Muxtar Respublikasını təmsil edir. O, bunu müsbət tendensiya kimi qiymətləndirərək bildirib ki, regionlarda vəkillərin sayı Bakı ilə müqayisədə hələ də aşağıdır və bu tarazlığın yaradılması vacibdir. Vəkillər Kollegiyasının sədri qadın namizədlərin sayında da artım müşahidə olunduğunu vurğulayıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Diğer Haberler

Hazırda Özbəkistanda İkinci Dünya Müharibəsi veteranı və onlara bərabər tutulan 60 nəfər yaşayır

Neytrallıq, sanksiyalar və məhbusların taleyi. Ukraynanın Qırğızıstandakı səfiri ilə - müharibə və Orta Asiya ilə əlaqələr haqqında
