Mexikoda Viva Airlines sərnişin təyyarəsinin qanadını ildırım vurdu
Meksikada Viva Hava Yolları ilə daxili uçuş zamanı sərnişin təyyarəsi özünü tufanın mərkəzində tapıb. Təyyarə paytaxta yaxınlaşarkən onun sol qanadını ildırım vurub Milli.Az Daily Star-a istinadən bildirir ki, şahidlərin sözlərinə görə, qanad tüstülənməyə başlayıb, salonda qorxmuş sərnişinlərin qış

Meksikada Viva Hava Yolları ilə daxili uçuş zamanı sərnişin təyyarəsi özünü tufanın mərkəzində tapıb. Təyyarə paytaxta yaxınlaşarkən onun sol qanadını ildırım vurub Milli.Az Daily Star-a istinadən bildirir ki, şahidlərin sözlərinə görə, qanad tüstülənməyə başlayıb, salonda qorxmuş sərnişinlərin qışqırtıları eşidilib Hadisə Puerto Eskondido kurort şəhərindən Mexikoya gedən marşrutda baş verib. Dramatik anlara baxmayaraq, itki olmayıb. Aviaşirkət sözçüsü “təyyarənin heç bir zaman təhlükə altında olmadığını” və təhlükəsiz şəkildə təyinat yerinə çatdığını vurğulayıb

