ABŞ vitse-prezidenti iranlıları qəzəbləndirdi - yenilənib 21:34
Axios yazır ki, İslamabadda danışıqlar zamanı ABŞ İrana uranın zənginləşdirilməsinə 20 il müddətinə moratoriumun qəbulunu təklif edib Mənbələrə görə, iranlılar daha qısa, “birmənalı” müddətə (10 ildən az) əks təkliflə cavab veriblər ABŞ həmçinin İrandan bütün yüksək zənginləşdirilmiş uranı ölkəd

Axios yazır ki, İslamabadda danışıqlar zamanı ABŞ İrana uranın zənginləşdirilməsinə 20 il müddətinə moratoriumun qəbulunu təklif edib Mənbələrə görə, iranlılar daha qısa, “birmənalı” müddətə (10 ildən az) əks təkliflə cavab veriblər ABŞ həmçinin İrandan bütün yüksək zənginləşdirilmiş uranı ölkədən çıxarmağı tələb edib. İranlılar ixrac əvəzinə “nəzarətli tükənmə prosesi” (seyreltmə) ilə razılaşdıqlarını bildirərək cavab verdilər Razılaşmanın olmamasına baxmayaraq, bazar günü səhərə qədər iranlılar ilkin razılaşmaya yaxın olduqlarına inandılar və ABŞ-ın vitse-prezidenti J.D.Vansın mətbuat konfransında təəccübləndilər. Vitse-prezident razılaşmanın yaxın olduğuna dair heç bir eyham vurmayıb, İran tərəfini günahlandırıb və Amerika nümayəndə heyətinin İslamabadı tərk etdiyini bəyan edib. "İranlılar bu mətbuat konfransından qəzəbləndilər" dedi mənbə Oval kabinetdə çıxış edən ABŞ prezidenti Donald Tramp deyib ki, “qarşı tərəf” (İran nəzərdə tutulur) bizə (Vaşinqtonda) zəng edib "Onlar (iranlılar) sövdələşməni çox istəyirlər. Vitse-prezident J.D.Vens İran məsələsində çox yaxşı iş gördü. Bu gecə bizə zəng gəldi - onlar razılaşma istəyirlər. Məndən sitat gətirin, İranın heç vaxt nüvə silahı olmayacaq. Ya bizə zənginləşdirilmiş uranı verəcəklər, ya da özümüz alacağıq Bizdə blokada var. Onlar heç bir iş görmürlər. İran heç bir iş görmür və biz bu vəziyyəti saxlamaq niyyətindəyik. Hazırda hərbi əməliyyat aparılmır”, - Tramp bildirib


