Vitse-prezident: "Dünya Bankı Azərbaycanın infrastruktur layihələrində özəl kapitalın iştirakını dəstəkləməyə hazırdır" - MÜSAHİBƏ
Qlobal logistika marşrutlarının transformasiyası fonunda Azərbaycan Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatını Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin mərkəzi elementi kimi mövqelərini möhkəmləndirir. Bu nəqliyyat marşrutunun səmərəliliyi yalnız liman və dəmir yolu infrastrukturunun modernləşd

Qlobal logistika marşrutlarının transformasiyası fonunda Azərbaycan Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatını Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin mərkəzi elementi kimi mövqelərini möhkəmləndirir. Bu nəqliyyat marşrutunun səmərəliliyi yalnız liman və dəmir yolu infrastrukturunun modernləşdirilməsi ilə deyil, həm də sərhəd prosedurlarının rəqəmsallaşdırılması, qüsursuz logistikanın təşkili və dayanıqlı enerji bazasının formalaşdırılması ilə müəyyən edilir. Dünya Bankı Qrupu bu genişmiqyaslı prosesdə strateji tərəfdaş rolunu öz üzərinə götürür, ümumi standartların hazırlanmasında və əsas infrastruktura özəl kapitalın cəlb edilməsində regiona dəstək göstərir Dünya Bankı Qrupunun infrastruktur üzrə vitse-prezidenti Valeri Levkov (Valérie Levkov) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Report"a müsahibəsində Orta Dəhlizin hərtərəfli inkişafı, "yaşıl enerji" istehsalı üçün elektrik şəbəkəsi infrastrukturunun yenilənməsi, Qara dəniz vasitəsilə sualtı enerji kabeli meqalayihəsinin gələcəyi və dövlət-özəl tərəfdaşlığı alətləri barədə danışıb Dünya Bankı Orta Dəhlizin potensialının bütün region üçün strateji əhəmiyyət daşıdığını hesab edir. Bank Azərbaycanın nəqliyyat sistemində hansı infrastruktur qovşaqlarını ilk növbədə modernləşdirməyə üstünlük verir - liman obyektləri, dəmiryol xətləri, yoxsa logistika mərkəzlərini? Cavabım son dərəcə aydın olacaq. Hər şeyi inkişaf etdirmək lazımdır. Biz infrastruktur üzərində hərtərəfli işləyirik, bəzən enerji sektorunun möhkəmləndirilməsini və ikinci dərəcəli yol şəbəkəsinin inkişafını nəzərdə tutan istiqamətlər də bura daxildir. Buna görə də dəhlizin formalaşmasına nəqliyyat marşrutlarının iqtisadi ölçüsünü və ticarət prosedurlarının sadələşdirilməsini də əhatə edən bütöv və uzlaşdırılmış yanaşma nümayiş etdirməyə çalışırıq Başqa sözlə, söhbət yalnız "sərt" (fiziki) infrastrukturdan deyil, həm də onun daha səmərəli fəaliyyətini təmin edən bütün amillər məcmusundan gedir Siz dəfələrlə vurğulamısınız ki, Orta Dəhlizin məqsədlərinə nail olmaq üçün regional yanaşma və vahid standartlar prinsipial əhəmiyyət daşıyır. Dünya Bankı qüsursuz logistikanın qurulması üçün Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya dövlətləri arasında koordinasiyanı necə təmin edir? Bəli, biz regionlararası dialoqu dəstəkləyirik. Biz liderləri və məsul şəxsləri proseslərin uyğunlaşdırılması və unifikasiyası məqsədilə bir danışıqlar masası arxasında birləşdiririk. Məhz bunu təmin edə bilirik - əsas mərhələləri, eləcə də mövcud çətinlikləri müzakirə etmək, birgə həllər hazırlamaq üçün bütün iştirakçıları bir araya gətiririk. Biz oxşar təcrübəni bir sıra böyük regional dəhlizlərdə tətbiq edirik və Orta Dəhliz onların arasında aparıcı yerlərdən birini tutur Azərbaycan bərpa olunan enerji sahəsində (günəş və külək elektrik stansiyaları) irimiqyaslı vəzifələr müəyyən edib. Dünya Bankı ölkənin elektrik şəbəkəsi infrastrukturunun yenilənməsində hansı rolu öz üzərinə götürməyə hazırdır ki, o, qeyri-sabit "yaşıl" generasiyanın əhəmiyyətli həcmlərini problemsiz şəkildə qəbul edə bilsin? Bəli, bu son dərəcə önəmli məsələdir. Biz Energetika Nazirliyi ilə əməkdaşlıq edir, enerji şəbəkəsinin dayanıqlığının təmin edilməsi və gücləndirilməsi üçün dəstək göstəririk. Qeyd edərdim ki, bu mövzu hazırda dünyanın hər yerində gündəmdədir, çünki şəbəkənin enerji sisteminin həssas həlqəsinə çevrilməsi tendensiyası getdikcə daha aydın şəkildə özünü göstərir Bu baxımdan hazırda Energetika Nazirliyi ilə texniki yardımın göstərilməsi barədə danışıqlar aparırıq. Əsas hədəf gələcəkdə bu problemin aradan qaldırılması prosesinə özəl sektorun da cəlb olunmasını təmin etməkdir Azərbaycandan Aİ ölkələrinə "yaşıl enerji"nin nəql edilməsi üçün Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi layihəsinin texniki və maliyyə cəhətdən həyata keçirilməsi potensialını necə qiymətləndirirsiniz? Dünya Bankı bu cür meqalayihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırdırmı? Biz belə layihələri birgə maliyyələşdirə bilərik. Prosesin birinci mərhələsi Dünya Bankının məşvərət bölməsi tərəfindən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) işlənib hazırlanmasından ibarətdir. Belə miqyaslı layihənin iqtisadi baxımdan səmərəliliyi təsdiqlənəndən sonra növbəti mərhələyə - birbaşa maliyyələşdirmə prosesinə keçid mümkün olur Bu kontekstdə dövlətin maliyyə yükünün yüngülləşdirilməsi və suveren borcun minimuma endirilməsi məqsədilə özəl sektorun prosesə qoşulmasına, dövlət-özəl tərəfdaşlığı formatının tətbiqinə xüsusi diqqət yetirilir. Beləliklə, özəl kapitalın dəstəyinin mobilizasiyasına yardım göstərilməsi Dünya Bankı Qrupunun funksional imkanları çərçivəsinə daxildir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


