Vinisius Junior Real Madrid ilə müqaviləsini uzatmaq niyyətindədir
"Real Madrid"in hücumçusu Vinisius Junior klubu ilə müqaviləsini uzatmağa hazırlaşır Sport-express xəbər verir ki, 25 yaşlı braziliyalının klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, 2018-ci ildən bu klubda çıxış edir "Ümid edirəm ki, burada uzun müddət qala bilərəm. Müqaviləmin bi

"Real Madrid"in hücumçusu Vinisius Junior klubu ilə müqaviləsini uzatmağa hazırlaşır Sport-express xəbər verir ki, 25 yaşlı braziliyalının klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, 2018-ci ildən bu klubda çıxış edir "Ümid edirəm ki, burada uzun müddət qala bilərəm. Müqaviləmin bitməsinə hələ bir il qalıb, amma mən çox sakitəm. Prezident mənə güvənir. Doğru anda müqaviləmi uzadacam və uzun müddət burada qalacağam, çünki bu, mənim arzularımın klubudur", - Vinisius mətbuat konfransında deyib 2025/26 mövsümündə forvard 44 matçda 17 qol vurub, 13 məhsuldar ötürmə edib


