Tenqri
Ana Səhifə
Dünya

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ

Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyası (WUF13) keçirilməzdən əvvəl də dayanıqlı inkişaf, inklüzivlik və şəhərlərin yeni çağırışlara uyğunlaşdırılması məsələləri artıq beynəlxalq gündəliyin mərkəzində idi. Lakin Azərbaycan paytaxtında keçirilmiş sessiya bu müzakirələrə yeni ölçü qazandırara

0 baxışazertag.az
Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ
Paylaş:

Bakıda Ümumdünya Şəhər Forumunun 13-cü Sessiyası (WUF13) keçirilməzdən əvvəl də dayanıqlı inkişaf, inklüzivlik və şəhərlərin yeni çağırışlara uyğunlaşdırılması məsələləri artıq beynəlxalq gündəliyin mərkəzində idi. Lakin Azərbaycan paytaxtında keçirilmiş sessiya bu müzakirələrə yeni ölçü qazandıraraq diqqəti ona yönəltdi ki, müasir şəhər istisnasız olaraq bütün sakinləri üçün əlçatan olmadıqca, onu həqiqətən dayanıqlı hesab etmək mümkün deyil. Müzakirələrdə universal dizayn, əlilliyi olan şəxslərin qərarların qəbulunda iştirakı və insanyönümlü şəhər mühitinin formalaşdırılması mövzuları xüsusi yer tutdu İnklüziv şəhər inkişafı üzrə dünyaşöhrətli ekspert, şəhər dizaynı üzrə professor, ictimai xadim Viktor Santyaqo Pineda WUF13-ün nəticələrinin qlobal urbanistika üçün əhəmiyyəti, Azərbaycanın inklüziv inkişafın təşviqində rolu, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin perspektivləri, həmçinin Qarabağ və Şərqi Zəngəzurun bərpasının beynəlxalq təcrübəyə mümkün töhfələri barədə AZƏRTAC-a müsahibə verib – Cənab Pineda, Bakıda keçirilən WUF13-ün nəticələrindən hansını bütün dünyada urbanizasiyanın dayanıqlı inkişafı baxımından ən mühüm hesab edirsiniz? – Ümumdünya Şəhərsalma Forumu inklüziv şəhər inkişafı prinsiplərinin təşviqi üçün ən mühüm beynəlxalq platformalardan biridir. Bakıda keçirilən WUF13-ün ən mühüm nəticələrindən biri şəhərlərin dayanıqlılığını və təhlükəsizliyini bütün sakinlərin, xüsusilə əlilliyi olan şəxslərin və digər sosial cəhətdən həssas əhali qruplarının ehtiyacları nəzərə alınmadan təmin etməyin mümkün olmadığının qəbul edilməsidir Sessiyanın əsas nəticələri sırasında əlilliyi olan şəxslərin şəhərsalma proseslərində tamhüquqlu və səmərəli iştirakını nəzərdə tutan iştirakçı idarəetmə modellərinin ön plana çəkilməsi, universal dizayn prinsiplərinin iqlim dəyişikliyinə uyğunlaşma strategiyalarına inteqrasiyası, eləcə də hər kəs üçün bərabər istifadə imkanlarının sadəcə texniki tələb deyil, insanın fundamental hüququ və dayanıqlı şəhər inkişafının ayrılmaz şərti kimi qəbul olunması xüsusi qeyd edilə bilər Forumun siyasi öhdəliklərlə onların praktik həyata keçirilməsi arasındakı uçurumun aradan qaldırılmasına göstərdiyi diqqət xüsusilə mühüm görünür. Bu gün dünyanın bir çox şəhəri hələ də Əlillərin Hüquqları haqqında Konvensiya (CRPD) və Yeni Şəhər Gündəliyi (New Urban Agenda) kimi beynəlxalq sənədlərin insanların həyatını nəzərəçarpacaq dərəcədə yaxşılaşdıran real dəyişikliklərə çevrilməsi sahəsində çətinliklərlə üzləşir – Sizcə, Azərbaycan dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəlikdə hansı rolu oynaya bilər? – Azərbaycanın inklüziv və dayanıqlı şəhər inkişafının təşviqində Avropa ilə Asiya arasında əlaqələndirici körpüyə çevrilmək üçün unikal imkanı var. WUF13 kimi iri beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə şəhərlərin transformasiyası üzrə öz proqramları çərçivəsində şəhər mühitindən hər kəsin istifadə imkanlarının təmin olunması, iqlim dayanıqlılığının artırılması və sosial inklüzivliyin gücləndirilməsi sahəsində innovativ yanaşmalar nümayiş etdirməklə liderlik göstərə bilər Azərbaycanın infrastrukturun modernləşdirilməsinə yatırdığı investisiyalar universal dizayn prinsiplərinin və hər kəs üçün istifadə imkanlarının təmin edilməsi mexanizmlərinin sonradan tətbiq olunmasına deyil, artıq layihələndirmə mərhələsində nəzərə alınmasına əlverişli şərait yaradır. Bu, təkcə iqtisadi baxımdan daha səmərəli yanaşma deyil, həm də daha böyük sosial nəticələr əldə etməyə imkan verir Bundan başqa, Azərbaycan ortagəlirli ölkələrin sürətli urbanizasiya tempini inklüziv inkişaf prinsipləri ilə necə uzlaşdıra bildiyini nümayiş etdirməklə beynəlxalq müzakirələrə dəyərli töhfə verə bilər. Bu təcrübə oxşar çağırışlarla üzləşən bir çox dövlət üçün faydalı ola bilər. Əlilliyi olan şəxslərə şəhərsalma və qərarların qəbulu proseslərində fəal iştirak imkanı yaratmaqla Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün zəruri olan iştirak idarəetmə modelinə nümunə ola bilər – Hazırda Azərbaycanda “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri fəal həyata keçirilir. Bu təcrübə dünya ictimaiyyəti üçün nə dərəcədə dəyərli ola bilər? – Azərbaycanın “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin yaradılması təşəbbüsləri, xüsusilə də müasir texnologiyaların inklüziv inkişaf prinsipləri ilə uzlaşdırılması baxımından beynəlxalq ictimaiyyət üçün mühüm təcrübə təqdim edə bilər. Bu layihələrin dəyəri yalnız texnoloji yeniliklərin özündə deyil, həm də onların bütün sakinlər üçün istisnasız olaraq bərabər imkanların və üstünlüklərin təmin edilməsi məqsədilə necə layihələndirilməsi və həyata keçirilməsindədir Bu təcrübənin beynəlxalq miqyasda maksimum əhəmiyyət kəsb etməsi üçün belə təşəbbüslərdə rəqəmsal infrastrukturun hər kəs üçün istifadə edilməsinin mümkünlüyünə və universal dizayn məsələlərinə birinci dərəcəli diqqət yetirilməlidir. İntellektual texnologiyaların əlilliyi olan şəxslər, yaşlı vətəndaşlar və digər həssas əhali qrupları üçün faydalı olması vacibdir. Bu isə hər kəsin istifadə edə biləcəyi ictimai nəqliyyat sistemlərinin yaradılmasını, vətəndaşların ictimai həyatda iştirakı üçün inklüziv rəqəmsal platformaların formalaşdırılmasını, eləcə də yeni maneələr yaratmayan, əksinə, cəmiyyətin həyatında iştirak imkanlarının genişlənməsinə xidmət edən “ağıllı” infrastrukturun inkişafını nəzərdə tutur Xüsusilə də “Ağıllı kənd” konsepsiyası böyük əhəmiyyət kəsb edir, çünki o, kənd yerlərində istifadə imkanlarının təmin edilməsi və inklüzivlik probleminə toxunur. Bu mövzu çox vaxt diqqətdən kənarda qalır. Bir çox ölkə inklüziv inkişaf prinsiplərinin iri şəhərlərdən kənarda tətbiqində çətinliklərlə üzləşir və Azərbaycanın təcrübəsi müasir texnologiyaların və inkişafın üstünlüklərinin yalnız meqapolislərdə deyil, bütün yaşayış məntəqələrində hamı üçün necə təmin edilə biləcəyini göstərən bir növ yol xəritəsinə çevrilə bilər – Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bərpası və yenidən qurulması istiqamətində gördüyü işləri necə qiymətləndirirsiniz? – Qarabağın və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması inklüziv icmaların demək olar ki, sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır. Şəhərsalma sahəsində belə vəziyyətlərə çox nadir hallarda rast gəlinir. Bu, hər kəs üçün istifadə imkanlarının təmin edilməsi, universal dizayn və inklüziv planlaşdırma prinsiplərinin sonradan tətbiqinə cəhd göstərmək əvəzinə, onları bərpa prosesinin ilkin mərhələlərindən etibarən əsas kimi müəyyənləşdirmək imkanıdır Bu istiqamətdə görülən işlər, ilk növbədə, inklüziv inkişaf prinsiplərinin nə dərəcədə ardıcıl şəkildə həyata keçirilməsi prizmasından qiymətləndirilməlidir. Söhbət əlilliyi olan şəxslərin və sosial cəhətdən digər həssas qrupların planlaşdırma proseslərində tamhüquqlu iştirakından, infrastrukturun və yaşayış obyektlərinin tikintisi zamanı universal dizayn standartlarına riayət edilməsindən, ictimai məkanların və nəqliyyat sistemlərinin əlçatan olmasından, eləcə də əlilliyi olan şəxslər üçün açıq iqtisadi imkanların yaradılmasından gedir Bərpa prosesi ona əsaslanmalıdır ki, cəmiyyətin bütün üzvlərinin tamhüquqlu iştirakı olmadan həqiqi dayanıqlılıq və uzunmüddətli inkişaf mümkün deyil. Bu isə o deməkdir ki, əlilliyi olan şəxslər təkcə məsləhətləşmələrdə iştirak etməməli, həm də bu ərazilərin gələcəyini müəyyən edən qərarların qəbulunda fəal iştirakçı olmalıdırlar Nəticə etibarilə yenidənqurma işlərinin uğuru təkcə tikilmiş obyektlərin sayı və yaradılmış infrastrukturun miqyası ilə deyil, həm də bərpa olunmuş icmaların bütün sakinlər üçün həqiqətən istifadəyə yararlı, inklüziv və rahat olması ilə ölçüləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Viktor Santyaqo Pineda: Qarabağın bərpası inklüziv icmaların sıfırdan formalaşdırılması üçün unikal imkan yaradır – MÜSAHİBƏ | Tenqri