Viktor Bojkov Culfa-Naxçıvan xəttinin mümkün bərpası haqqında
Avropa İttifaqı (Aİ) Naxçıvan dəmir yolunun bərpasını mühüm layihələrdən biri hesab edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının 30 illiyinə və Gəncədə həyata keçirilən layihələrə həsr olunmuş mətbuat konfransında Avropa İttifaqı nümayəndəliyinin əmə

Avropa İttifaqı (Aİ) Naxçıvan dəmir yolunun bərpasını mühüm layihələrdən biri hesab edir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının 30 illiyinə və Gəncədə həyata keçirilən layihələrə həsr olunmuş mətbuat konfransında Avropa İttifaqı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov deyib Onun sözlərinə görə, hazırda Avropa İttifaqının nəzərdən keçirdiyi ən böyük investisiya layihələrindən biri Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun bərpasıdır V.Bojkov qeyd edib ki, bir neçə həftə əvvəl mütəxəssislərlə birlikdə Culfa-Naxçıvan dəmir yolu xəttinə baxış keçirilib. "Hazırda bu hissədə saatda 20 kilometrdən çox sürətlə qatarların hərəkəti qeyri-mümkündür. Bununla belə, ekspertlərin yekdil qənaətinə görə, dəmir yolu xətti hələ də istifadəyə yararlıdır və düzgün investisiyalarla bərpa oluna bilər", - o vurğulayıb Aİ rəsmisi yoxlama zamanı körpülərin, keçidlərin və sərhəd boyu ərazilərin də yoxlanıldığını bildirib. Onun sözlərinə görə, bəzi hissələrdə dəmir yolu xətti Araz çayından və sərhəddən çox yaxın məsafədən keçir “Bu layihə dövlət əhəmiyyətli layihələrdən biridir və mən inanıram ki, bugünkü təqdimatlarda yadda qalan əsas təşəbbüslərdən biri Naxçıvan Dəmir Yolu layihəsi olacaq”, - deyə V.Bojkov əlavə edib O qeyd edib ki, Avropa İttifaqının dəstəyi ilə Gəncədə də bir sıra investisiya layihələri həyata keçirilir Məlumat verilib ki, bu layihələrdən biri su təsərrüfatı, digəri isə şəhərin küçə işıqlandırma sisteminin müasirləşdirilməsi ilə bağlı olub “Gəncə şəhərinin müasir və enerjiyə qənaət edən küçə işıqlandırma sisteminin yaradılması həm təhlükəsizlik, həm də enerji səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


