Vikinqlərin ilk pulları İslam xəlifələrinin gümüşündən hazırlanıbmış - Kəşf
Vikinqlərin ən qədim sikkələrinin hazırlanmasında islam dünyasına məxsus gümüşdən istifadə olunduğu məlum olub Publika.az xəbər verir ki, “Archaeometry” jurnalında dərc olunan yeni araşdırma IX əsrdə Skandinaviya ilə islam dünyası arasında gözləniləndən daha sıx ticarət əlaqələrinin mövcud olduğunu

Vikinqlərin ən qədim sikkələrinin hazırlanmasında islam dünyasına məxsus gümüşdən istifadə olunduğu məlum olub Publika.az xəbər verir ki, “Archaeometry” jurnalında dərc olunan yeni araşdırma IX əsrdə Skandinaviya ilə islam dünyası arasında gözləniləndən daha sıx ticarət əlaqələrinin mövcud olduğunu ortaya çıxarıb Araşdırma Danimarkanın Yutlandiya yarımadasında, Ribe şəhəri yaxınlığında 2018-ci ildə aşkarlanan Damhus xəzinəsi üzərində aparılıb. Xəzinəyə vikinq dövrünə aid 226 gümüş sikkə daxildir. Tapıntılar eramızın 830-850-ci illərinə aid edilir və vikinqlərin məlum olan ən qədim sikkələri hesab olunur Tədqiqatçılar sikkələri “penni” adlandırsalar da, onların dəyəri bugünkü xırda pullarla müqayisə edilə bilməz. Danimarka Milli Muzeyinin arxeoloqu Tomas Börç bildirib ki, bu ad qədim ingilis dilindəki “pening” sözündən yaranıb Min ildən artıq torpaq altında qalmasına baxmayaraq, sikkələr çox yaxşı vəziyyətdə qorunub. Onların bir tərəfində alimlərin skandinav mifologiyasının ali tanrısı Odinlə əlaqələndirdiyi insan siması, digər tərəfində isə maral təsviri həkk olunub Alimlərin xüsusi diqqət yetirdiyi məqamlardan biri də sikkələrin hazırlanmasında istifadə olunan ştamplar olub. Araşdırma göstərib ki, istehsal zamanı ən azı 30 müxtəlif ştampdan istifadə edilib. Mütəxəssislərin hesablamalarına görə, təkcə Ribe zərbxanasında yüz minlərlə belə gümüş sikkə kəsilmiş ola bilər IX əsrdə Ribe Skandinaviyanın ən böyük ticarət mərkəzlərindən biri sayılırdı. Həmin dövrdə Danimarka hələ vahid dövlət deyildi və müxtəlif bütpərəst şimal krallıqlarından ibarət idi Gümüşün mənşəyini müəyyən etmək üçün alimlər 25 sikkə üzərində rentgen-flüoressensiya və digər laborator üsullarla analiz aparıblar. Metalın tərkibində qalan izotop izləri göstərib ki, bəzi sikkələrdə istifadə olunan gümüşün yarıdan çoxu islam dirhəmlərindən əldə edilib Tomas Börç bildirib ki, gümüş Skandinaviyaya birbaşa mədənlərdən gətirilməyib. Əvvəlcə islam ölkələrində dirhəm şəklində dövriyyəyə buraxılıb, daha sonra əridilərək külçələrə çevrilib və ticarət yolları ilə skandinav ustalarının əlinə keçib Arxeoloqlar bundan əvvəl də Skandinaviyada islam mənşəli zinət əşyaları aşkar etsələr də, ilk dəfədir ki, həmin gümüşün yerli sikkə istehsalında istifadə edildiyinə dair birbaşa sübut əldə olunub Alimlərin fikrincə, sikkə istehsalının miqyası o qədər böyük olub ki, bu, Yaxın Şərqdən Şimali Avropaya nəhəng həcmdə qiymətli metal axınının baş verdiyini göstərir Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR Bu şəhərdə bağbanları keçilərlə əvəzlədilər 7 il xərçəngdən müalicə alan kişi sən demə xəstə deyilmiş - VİDEO Dünyanın ən yaxşı hotellərinin siyahısı - Fotolar Maskın sərvəti qlobal təhlükəyə çevrilir - Qərbdə təşviş İyun ayı BÜRCLƏRƏ nə vəd edir? Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI “Onunla son saatlarımı keçirirəm” - Qızının faciəvi ölümündən yazdı La Liqa klubunun 16 yaşlı futbolçusu öldü Həyat yoldaşından Rəvan Qarayevə qadağa Ermənistanda NATO ilə birgə təlimlər başlayır Cennifer Lopez 20 illik illüziyanı dağıtdı - tamamilə fərqlənir Mbappe yeni rekorda imza atdı Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər


