Veteranlar arasında minifutbol turnirinə yekun vurulub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş veteranlar arasında minifutbol turnirinə yekun vurulub AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan final oyununda "Milli" və "Qarabağ" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-he

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş veteranlar arasında minifutbol turnirinə yekun vurulub AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan final oyununda "Milli" və "Qarabağ" komandaları üz-üzə gəlib. Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan "Qarabağ" kollektivi turnirin qalibi olub - 4:3 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

