Tenqri
Ana Səhifə
Dünya

Vergi ombudsmanı sahibkarlarla görüşəcək

Vergiödəyicilərinin hüquqlarının qorunması, onların müraciət və təkliflərinin öyrənilməsi, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirən Vergi ombudsmanı növbəti görüşünü sahibkarlarla keçirəcək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX

0 baxışazertag.az
Vergi ombudsmanı sahibkarlarla görüşəcək
Paylaş:

Vergiödəyicilərinin hüquqlarının qorunması, onların müraciət və təkliflərinin öyrənilməsi, habelə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirən Vergi ombudsmanı növbəti görüşünü sahibkarlarla keçirəcək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) AZƏRTAC-a bildirilib ki, görüş iyunun 19-da saat 14:30-da 10 saylı Ərazi Vergilər İdarəsində təşkil olunacaq. Tədbirə dövlət mülkiyyətinə aid edilməyən və “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”na uyğun olaraq mikro sahibkarlıq subyekti hesab edilməyən vergiödəyiciləri dəvət olunacaqlar. Müzakirələrdə Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin nümayəndələri iştirak edəcəklər Görüşün keçirilməsində əsas məqsəd vergiödəyicilərinin vergi və sığorta qanunvericiliyinin tətbiqi zamanı qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək, onların rəy və təkliflərini öyrənmək, göstərilən xidmətlərin keyfiyyətinin artırılması üçün aktual məsələləri müzakirə etməkdir. Tədbir çərçivəsində sahibkarları maraqlandıran suallar cavablandırılacaq, səsləndirilən təkliflər ümumiləşdirilərək aidiyyəti üzrə qiymətləndiriləcək Qeyd edək ki, vergiödəyiciləri ilə birbaşa dialoqun təşkili, onların hüquq və qanuni maraqlarının müdafiəsi, habelə vergi inzibatçılığı sahəsində mövcud problemlərin operativ şəkildə müəyyənləşdirilməsi Vergi ombudsmanının fəaliyyətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə sahibkarlarla mütəmadi görüşlər keçirilir, onların müraciətləri araşdırılır və vergiödəyicilərinə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler